Son xəbərlər

 

 

 

Vətəndaşlara müasir, keyfiyyətli və təhlükəsiz müntəzəm sərnişindaşıma xidmətlərinin göstərilməsini təmin etmək məqsədi ilə tədbirlər davam etdirilir.

 

Bakı Nəqliyyat Agentliyindən Milli.Az-a verilən məlumata görə, dövlət başçısının tapşırığına uyğun olaraq son 7 ildə 1500 ədədə yaxın sərnişindaşıma tələblərinə cavab verən orta və iritutumlu avtobuslar gətirilərək istismara verilib. Ümumilikdə müntəzəm marşrut xətləri üzrə istismarda olan avtobusların 70%-i yenilənib. Avtobusların böyük əksəriyyəti dövlət investitisiyası hesabına alınıb. Bakı Nəqliyyat Agentliyinin tələbinə əsasən özəl daşıyıcı şirkətlər də avtobus parkının yenilənməsinə maraq göstərir.

Bu çərçivədə "Çinar-Trans" MMC qardaş Türkiyə Respublikasının "Anadolu İsuzu" şirkətindən 25 ədəd 12 metrlik "İsuzu Citiport" markalı avtobus alıb. AVRO-6 standartlarına cavab verən "İsuzu Citiport CNG" markalı avtobusların 15 ədədi gətirilib. Daha 10 ədəd avtobus isə yaxın vaxtlarda paytaxta çatdırılacaq.

Bakı Nəqliyyat Agentliyinin tələbinə əsasən 15 ədəd avtobus 202 nömrəli müntəzəm marşrut xətti üzrə istismara buraxılacaq. Gündəlik 13 min nəfərdən artıq sərnişinin istifadə etdiyi 202 nömrəli marşrut xətti üzrə hazırda istismarında olan avtobusların texniki vəziyyəti qənaətbəxş deyil. Bu xətt üzrə xidmət keyfiyyətinin artırılması ilə bağlı vətəndaşlardan çoxsaylı müraciətlər daxil olurdu. Yeni avtobusların istismara verilməsi Biləcəri qəsəbəsi istiqamətində sərnişindaşımaların daha rahat və təhlükəsiz formada təşkilinə imkan verəcək. Gətiriləcək digər 10 ədəd avtobus isə "Çinar-Trans" MMC-nin istismarında olan 133 nömrəli xətt (Binəqədi qəsəbəsi-Gənclik m/st-sı) üzrə daşımalara cəlb olunacaq.

22 May 2025 Temperatur 31 dərəcəyə yüksələcək
13 May 2025 Əmək müqavilələri ilə bağlı işəgötürənlərə xəbərdarlıq
01 May 2025 Cəlilabadda çörək sexi qanunsuz fəaliyyət göstərirmiş
01 May 2025 Bu gündən I sinfə şagird qəbulu başlayır
29 Aprel 2025 Saxta e-poçtlarla kiberhücumlar edilir - Xəbərdarlıq
29 Aprel 2025 Azərbaycanda unun topdansatış qiymətləri açıqlandı
25 Aprel 2025 İyunda 13 gün iş olmayacaq
21 Aprel 2025 Xəstəlik vərəqi e-sənəd kimi tərtib ediləcək
15 Aprel 2025 Güclü küləklə bağlı sarı, narıncı və qırmızı xəbərdarlıq....
14 Aprel 2025 Yeniyetmə qızın döyülməsi ilə bağlı DİN-dən məlumat
11 Aprel 2025 Metropoliten "28 May"la bağlı bütün suallara aydınlıq gətirdi
08 Aprel 2025 FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
08 Aprel 2025 Yağış yağır, güclü külək əsir - Faktiki hava
07 Aprel 2025 Süd məhsullarının emalı müəssisəsində ciddi pozuntular…
26 Mart 2025 Qeyri-sabit hava ilə bağlı xəbərdarlıq
17 Mart 2025 "Ramazan ayı" dələduzluğu başladı - Xəbərdarlıq
20 Fevral 2025 Qışın ən uzunmüddətli soyuq dövrü başlayır
19 Fevral 2025 20 dərəcə şaxta olacaq - Daha bir xəbərdarlıq
17 Fevral 2025 Bu universitetdə oxuyanlara şad xəbər: Britaniya diplomu da alacaqlar
12 Fevral 2025 Bakı-Tiflis-Bakı qatar reysləri fəaliyyətə başlaya bilər
11 Fevral 2025 Metro stansiyalarına yeni adlar veriləcək
04 Fevral 2025 9 kənddə işıq olmayacaq
27 Yanvar 2025 Neftçalada ov qaydalarını pozanlar saxlanıldı
22 Yanvar 2025 14 kənddə 3 saat işıq olmayacaq
21 Yanvar 2025 Metro ilə bağlı cərimələr artırılır: 200 manata qədər...
15 Yanvar 2025 Məktəblərdə telefondan istifadə qadağan edildi
14 Yanvar 2025 Unun topdansatış qiymətləri – Cədvəl
13 Yanvar 2025 Geomaqnit qasırğası gözlənilir?
10 Yanvar 2025 Bu ərazilərdə 8 dərəcə şaxta oldu
10 Yanvar 2025 Bakıya iki gün qar yağacaq - Bu tarixdə