Son xəbərlər

 
Prezident İlham Əliyev "Aztəminatlı ailələrə birdəfəlik yardım göstərilməsi haqqında" sərəncam imzalayıb

Prezident İlham Əiyev Milli Hematologiya və Transfuziologiya Mərkəzinin yaradılması haqqında Fərman imzalayıb.
Fərmanda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə qan, qan komponentlərinin donorluğu və qan xidməti sahəsində dövlət fəaliyyətinin səmərəliliyini daha da artırmaq və sistemliliyini təmin etmək, əhalinin qan, qan komponentlərinə olan tələbatını ödəmək, habelə qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi zamanı beynəlxalq standartların tətbiq edilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Talassemiya Mərkəzi publik hüquqi şəxsin və B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun birləşmə formasında yenidən təşkili yolu ilə “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin (bundan sonra – TƏBİB) tabeliyində publik hüquqi şəxs statuslu Milli Hematologiya və Transfuziologiya Mərkəzi (bundan sonra – Mərkəz) yaradılsın.

2. Müəyyən edilsin ki:

2.1. Mərkəzin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti üç üzvdən ibarət Müşahidə Şurası həyata keçirir;

2.2. Mərkəzin fəaliyyətinə cari rəhbərliyi İcraçı direktor həyata keçirir.

3. Mərkəzin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

3.1. Azərbaycan Respublikasının Prezidentinə:

3.1.1. Mərkəzin yenidən təşkili və ləğv edilməsi;

3.1.2. Mərkəzin idarəetmə orqanlarının yaradılması;
3.2. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə:

3.2.1. Müşahidə Şurasının sədr və digər üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

3.3. TƏBİB-ə:

3.3.1. bu Fərmanın 3.1-ci və 3.2-ci bəndlərində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. TƏBİB:

5.1. Mərkəzin nizamnaməsini, strukturunu, işçilərinin say həddini və əməkhaqlarını (o cümlədən əməkhaqqına əlavələri, mükafatları və digər ödənişləri) bir ay müddətində təsdiq etsin;

5.2. Mərkəzin nizamnaməsi təsdiq edildiyi gündən üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət etsin;

5.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Mərkəz dövlət qeydiyyatına alındığı günədək Talassemiya Mərkəzi publik hüquqi şəxs və B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu fəaliyyətlərini davam etdirsinlər".
22 May 2025 Temperatur 31 dərəcəyə yüksələcək
13 May 2025 Əmək müqavilələri ilə bağlı işəgötürənlərə xəbərdarlıq
01 May 2025 Cəlilabadda çörək sexi qanunsuz fəaliyyət göstərirmiş
01 May 2025 Bu gündən I sinfə şagird qəbulu başlayır
29 Aprel 2025 Saxta e-poçtlarla kiberhücumlar edilir - Xəbərdarlıq
29 Aprel 2025 Azərbaycanda unun topdansatış qiymətləri açıqlandı
25 Aprel 2025 İyunda 13 gün iş olmayacaq
21 Aprel 2025 Xəstəlik vərəqi e-sənəd kimi tərtib ediləcək
15 Aprel 2025 Güclü küləklə bağlı sarı, narıncı və qırmızı xəbərdarlıq....
14 Aprel 2025 Yeniyetmə qızın döyülməsi ilə bağlı DİN-dən məlumat
11 Aprel 2025 Metropoliten "28 May"la bağlı bütün suallara aydınlıq gətirdi
08 Aprel 2025 FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
08 Aprel 2025 Yağış yağır, güclü külək əsir - Faktiki hava
07 Aprel 2025 Süd məhsullarının emalı müəssisəsində ciddi pozuntular…
26 Mart 2025 Qeyri-sabit hava ilə bağlı xəbərdarlıq
17 Mart 2025 "Ramazan ayı" dələduzluğu başladı - Xəbərdarlıq
20 Fevral 2025 Qışın ən uzunmüddətli soyuq dövrü başlayır
19 Fevral 2025 20 dərəcə şaxta olacaq - Daha bir xəbərdarlıq
17 Fevral 2025 Bu universitetdə oxuyanlara şad xəbər: Britaniya diplomu da alacaqlar
12 Fevral 2025 Bakı-Tiflis-Bakı qatar reysləri fəaliyyətə başlaya bilər
11 Fevral 2025 Metro stansiyalarına yeni adlar veriləcək
04 Fevral 2025 9 kənddə işıq olmayacaq
27 Yanvar 2025 Neftçalada ov qaydalarını pozanlar saxlanıldı
22 Yanvar 2025 14 kənddə 3 saat işıq olmayacaq
21 Yanvar 2025 Metro ilə bağlı cərimələr artırılır: 200 manata qədər...
15 Yanvar 2025 Məktəblərdə telefondan istifadə qadağan edildi
14 Yanvar 2025 Unun topdansatış qiymətləri – Cədvəl
13 Yanvar 2025 Geomaqnit qasırğası gözlənilir?
10 Yanvar 2025 Bu ərazilərdə 8 dərəcə şaxta oldu
10 Yanvar 2025 Bakıya iki gün qar yağacaq - Bu tarixdə