Bakı metropolitenində stansiya, şaxta və tunellərin ventilyasiya sistemi may ayının 15-dən noyabr ayının 15-dək yay qrafikinə keçirilib.

 

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Axar.az-a bildirib ki, bununla əlaqədar ventilyatorların yeni 1 və 2 №-li iş qrafiki tətbiq edilib.

Qeyd edək ki, keçən ildən metropolitendə ventilyatorların iş rejimi ilə bağlı xüsusi tədbirlər planı həyata keçirilir. Ümumiyyətlə, "Bakı Metropoliteni" QSC təsis olunduqdan sonra yeraltı nəqliyyatda mikroiqlim şəraitinin öyrənilməsi sahənin yenidən qurulmasının əsas tərkib hissələrindən biri olub. Bu müddət ərzində ventilyasiya sisteminin işinin optimallaşdırılması ilə bağlı bir sıra əsaslı yeniliklər öz əksini tapıb. Bu sahədə görülən işlər – mövcud avadanlığın yenilənməsinin sürətləndirilməsi, istismar müddətini başa vurmuş ventilyatorların əvəzinə daha müasir, məhsuldar və qənaətcil növlərinin tətbiqi üzərində də iş aparıldı. Bundan başqa, stansiya və tunellərin səmərəli havalandırılması üçün ən əhəmiyyətli məsələ ventilyasiya qurğularının səmərəli şəkildə işlədilməsini, onların optimal iş qrafikini tətbiq etməyin yollarını araşdırmaqdan ibarət idi.

Aparılan monitorinqlər nəticəsində çatışmazlıqların əsas mənbələri aşkar edilərək, onların aradan qaldırılması üzərində tədbirlər planının tətbiqinə başlanıldı. İlk növbədə, monitorinqlərin aparılması üçün Diaqnostika və metroloji təminat mərkəzinin mikroiqlim laboratoriyasının bazası möhkəmləndirilərək lazım olan cihazlar alındı. Bu isə stansiya və tunellərdə oksigen və karbon qazının miqdarını, rütubət, hava axınının istiqamətini və sürətini, ventilyatorun faydalı iş əmsalını, məhsuldarlığını müəyyən etməyə imkan verdi.

Tədbirlər planına uyğun olaraq stansiyalarda və tunellərdə orta temperatur, rütubət, havanın tərkibindəki tozluluq normalar çərçivəsinə gətirildi. Ötən ilin yay mövsümünün nəticələri də öyrənilərək yeniliklərin tətbiqi üzərində iş daha da dərinləşdirilib. Cari ilin yay mövsümünə hazırlıq dövründə ventilyatorların daha səmərəli iş rejimində işlədilməsinin potensialından istifadə olunması üçün bu ildə tərtib edilmiş qrafik bir qədər də təkmilləşdirildi. Eyni zamanda, metropolitendə tətbiqi genişləndirilməkdə olan müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə edilərək, bütün aidiyyəti sahələrin işlərinə uyğun texnoloji prosesləri səmərəli qurmaq məqsədilə qrafik xüsusi elektron şəbəkədə yerləşdirilir.
Yeni yay qrafiki ilə bağlı görülən işlər sırasında stansiyalarda təbii hava axınının intensivliyinə xüsusi diqqət ayrılıb. Təbii hava axını yenidən öyrənilib və uyğun ventilyasiya rejimi tətbiq edilib, bu da stansiyalarda mikroiqlim şəraitinin, o cümlədən ventilyasiya sisteminin daha da yaxşılaşdırılmasına xidmət edir. Digər tərəfdən havanın mikroiqlim parametrlərinin öyrənilməsi və ölçülməsi konkret yerlərdə müvafiq iş rejiminin tətbiq olunması barədə nəticələr əldə etməyə imkan verib. Bu işlərlə yanaşı, istismar müddəti başa çatmış və yeni rejimi təmin etməyə qadir olmayan bir sıra ventilyatorlar yeniləri ilə əvəz edilib.

Metropolitendə münasib hava şəraitinin yaradılması, həm də stansiya və tunellərin təmizliyindən də asılıdır. Bunun üçün tunellərin yuyulma üsullarında dəyişikliklər edilib.

Onu da əlavə edək ki, IV İslam Həmrəyliyi Oyunları ərəfəsində stansiya və tunellərdə havanın mikroiqlim parametrləri ilə bağlı bir daha monitorinq keçirilib. Buna əsasən yarışların keçiriləcəyi və şəhər mərkəzinə yaxın stansiyalarda sərnişin axınının daha sıx və gur olması nəzərə alınaraq, stansiyaların iqlim şəratinin normativlər çərçivəsində saxlanılması xüsusi nəzarət altına götürülüb və ventilyatorların işi normaya uyğunlaşdırılıb.

13 May 2025 Əmək müqavilələri ilə bağlı işəgötürənlərə xəbərdarlıq
01 May 2025 Cəlilabadda çörək sexi qanunsuz fəaliyyət göstərirmiş
01 May 2025 Bu gündən I sinfə şagird qəbulu başlayır
29 Aprel 2025 Saxta e-poçtlarla kiberhücumlar edilir - Xəbərdarlıq
29 Aprel 2025 Azərbaycanda unun topdansatış qiymətləri açıqlandı
25 Aprel 2025 İyunda 13 gün iş olmayacaq
21 Aprel 2025 Xəstəlik vərəqi e-sənəd kimi tərtib ediləcək
15 Aprel 2025 Güclü küləklə bağlı sarı, narıncı və qırmızı xəbərdarlıq....
14 Aprel 2025 Yeniyetmə qızın döyülməsi ilə bağlı DİN-dən məlumat
11 Aprel 2025 Metropoliten "28 May"la bağlı bütün suallara aydınlıq gətirdi
08 Aprel 2025 FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
08 Aprel 2025 Yağış yağır, güclü külək əsir - Faktiki hava
07 Aprel 2025 Süd məhsullarının emalı müəssisəsində ciddi pozuntular…
26 Mart 2025 Qeyri-sabit hava ilə bağlı xəbərdarlıq
17 Mart 2025 "Ramazan ayı" dələduzluğu başladı - Xəbərdarlıq
20 Fevral 2025 Qışın ən uzunmüddətli soyuq dövrü başlayır
19 Fevral 2025 20 dərəcə şaxta olacaq - Daha bir xəbərdarlıq
17 Fevral 2025 Bu universitetdə oxuyanlara şad xəbər: Britaniya diplomu da alacaqlar
12 Fevral 2025 Bakı-Tiflis-Bakı qatar reysləri fəaliyyətə başlaya bilər
11 Fevral 2025 Metro stansiyalarına yeni adlar veriləcək
04 Fevral 2025 9 kənddə işıq olmayacaq
27 Yanvar 2025 Neftçalada ov qaydalarını pozanlar saxlanıldı
22 Yanvar 2025 14 kənddə 3 saat işıq olmayacaq
21 Yanvar 2025 Metro ilə bağlı cərimələr artırılır: 200 manata qədər...
15 Yanvar 2025 Məktəblərdə telefondan istifadə qadağan edildi
14 Yanvar 2025 Unun topdansatış qiymətləri – Cədvəl
13 Yanvar 2025 Geomaqnit qasırğası gözlənilir?
10 Yanvar 2025 Bu ərazilərdə 8 dərəcə şaxta oldu
10 Yanvar 2025 Bakıya iki gün qar yağacaq - Bu tarixdə
10 Yanvar 2025 Bakıda tramvaylar bu ərazilərdən keçəcək