Son xəbərlər

Azərbaycanda koronavirusa yoluxma kəskin azaldı

Azərbaycanda 144 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 435 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 33 247 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 29 275 nəfər müalicə olunaraq sağalıb, 479 nəfər vəfat edib, 3 493 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 050, ötən müddət ərzində isə ümumilikdə 766 179 test aparılıb.

Bakı Metropoliteni öz fəaliyyətini davam etdirir

Bakı Metropoliteni Nazirlər Kabinetinin qoyduğu qaydalar əsasında fəaliyyət göstərir.
Bu sözləri saytımıza açıqlamasında qurumun mətbuat katibi Bəxtiyar Məmmədov bildirib. Onun sözlərinə görə, metroda bəzi sahələr var ki, onlar daim işləməlidir və onları nəzarətsiz qoymaq olmaz.


Metropolitendə işlər əsasən gecələr görülür. Məsələn, dezinfeksiya işləri müntəzəm olaraq müəyyən etdiyimiz qrafik əsasında aparılır. Buna görə də bəzi sahələrin işçiləri öz işlərini davam etdirir.

Tunellərdə nasos sahələri var. Yeraltı qurunt suları heç nəyə tabe olmur, daim axır. O sahə mütləq olaraq tam rejimdə işləməlidir. Hər sahənin xüsusiyyətləri nəzərə alınmaqla bu qayda ilə fəaliyyətini davam etdirir.


Bundan başqa stansiya növbətçiləri də öz işlərinin başındadır. Qatarlarda akkumlyatorlar və sistemləri daim nəzarətdədir. Elə təmir növləri var ki, onlar mütləq yerinə yetirilməlidir. Çünki onlar normativ xidmətlər tələb edir. Tikinti istismar qaydalarında əgər yazılıbsa ki, qatarlar bu vaxt təmir olunmalıdır, deməli olunmalıdır. Biz Bakı Metropolitenini elə vəziyyətdə saxlamalıyıq ki, Nazirlər Kabineti "sabah metro işləyəcək" deyəndə biz metronu istifadəyə verə bilək.


Metropoliten sözcüsü həmçinin qeyd edib ki, işlərini davam etdirən əməkdaşlar sosial məsafəni qoruyur, tibbi maskadan istifadə edir və özünüqoruma qaydalarına mütləq əməl edirlər.(kommersant.az)

“Özlərinə əziyyət verib bu qədər yolu getməsinlər”

Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarı ilə avqustun 5-dən etibarən icazə sistemi ilə hərəkət etmək ləğv edilib və rayonlara gedənlər yalnız ezamiyyə vərəqi əsasında postlardan buraxılır. Lakin yay ayı olduğu üçün məzuniyyətə çıxan şəxslər bölgələrdə istirahət etmək üçün postlara üz tuturlar və bunun nəticəsində, bu gün giriş-çıxış postlarında sıxlıq yaranıb və ezamiyyə vərəqi olmayan şəxslər geri qaytarılıb. Geri qaytarılanlar gedənlərin əksəriyyətini təşkil edib.

Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi, polis polkovniki Kamran Əliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, xüsusilə bu gün getməyə cəhd göstərənlər çoxdur: “Bu gün bir avtobusun içində Lerikə getmək istəyən 40 nəfər saxlanılıb. Onlar düşünmürlər ki, qərarda göstərilən inzibati ərazilərdən giriş-çıxışa qoyulan məhdudiyyət qüvvədədir. Amma bu qərar qüvvədə ola-ola 40 nəfər bir avtobusun içində istirahətə getməyə cəhd edir. Hazırda postlarda daha da ciddi formada yoxlamalar aparılır. Qanuna uyğun olaraq ezamiyyə vərəqi olmayanlar birmənalı olaraq geri qaytarılır.

Vətəndaşlar bəzən elə bilirlər ki, məzuniyyətlə ezamiyyət eynidir. Ona görə məzuniyyət sənədi ilə postu keçmək istəyənlər də olur. Bunlar ayrı-ayrı şeylərdir, məzuniyyətə çıxmış şəxs hansı orqanda işləməsindən asılı olmayaraq sərtləşdirilmiş karantin zonasından buraxıla bilməz. Həmin şəxslər karantin postundan geri qaytarılırlar. Buna görə də özlərinə, ailə üzvlərinə əziyyət verib bu qədər yolu getməsinlər. Onsuz da onlar məzuniyyət sənədi ilə rayonlara buraxılmayacaqlar.

Bəzən insanlar fikirləşirlər ki, “gedim, buraxarlar”. Bu da səhv fikirdir, bununla postlarda tıxac yaradırlar və belə düşünənlər həqiqətən xidməti fəaliyyətinə görə ezam olunan şəxslərin postlarda gözləməsinə səbəb olurlar”.

K.Əliyev kimlərin kağız, kimlərin elektron ezamiyyə vərəqi ilə buraxıldığını açıqlayıb:

“Nazirlər Kabinetinin qərarı ilə xidməti vəsiqə ilə fəaliyyətinə icazə verilən şəxslər ezamiyyə vərəqini kağız formasında təqdim edirlər. Bundan öncə fəaliyyətinə icazə portalı vasitəsilə icazə verilən şəxslər isə ezamiyyə vərəqini portalda aktivləşdirməlidirlər”. 

“Hökumətin diqqətini tikinti sektorunda yaranan durğunluğa cəlb etmək istərdim. Tikinti sektorunun işləməsinə imkan verilməsi olduqca zəruridir”
Bu fikirləri deputat Fəzail Ağamalı Milli Məclisin plenar iclasında çıxışı zamanı səsləndirib.

Deputat daha sonra qeyd edib ki, supermarketlərə insanlar daha çox üz tutur, nəinki mebel mağazalarına:

“Bu mənada hesab edirəm ki, mebel mağazalarının da açılması zəruridir. Ayrı-ayrı ticarət mərkəzləri də açılmalı, bununla paralel olaraq karantin rejiminə ciddi əməl olunmalıdır. Mən müşahidə etmişəm, bəzi marketlərə maskasız daxil olan insanlara sahibkar xidmət göstərilməyəcəyini deyir. “Sədərək” və “Binə” ticarət mərkəzlərində minlərlə insan çalışırdı, indi onlar işsiz qalıb”.
Millət vəkili deyib ki, koronavirusun müəyyənləşdirilməsi ilə bağlı testin qiyməti kifayət qədər yüksəkdir: “Bizdə ən aşağı qiymət 50 manat civarındadır. Bu məsələyə də baxılmalı və minimum qiymət haqqında düşünməli, əgər mümkündürsə pulsuz həyata keçirilməlidir”.

Tələbələrə ŞAD XƏBƏR

Parlament “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun ikinci oxunuşda müzakirə edir.
“Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda kifayət qədər aydın izah verildi.

Qeyd edək ki, büdcə gəlirləri 10 milyon manat azaldılması, xərclərin isə 5 milyon manat azalması nəzərdə tutulur”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib. Komitə sədri bildirib ki, azalmaların heç bir sosial ödənişlərə şamil olunmayıb:

“Azalmanın əsas səbəbi isə vergi güzəştləri ilə əlaqədar vergi daxilolmalarının həcminin azalmasıdır. Birinci oxunuşda müzakirə zamanı əsas qabardılan məsələ təhsil haqlarının yarıbayarı azaldılması idi. Tələbələrin təhsil haqqının ödənilməsi 2019-2020-ci il təhsil ili üçün dövlət büdcəsi tərəfindən qarşılanacaq. Bizdə olan məlumata görə buna görə 40 milyon manat vəsait ayrılıb”.
Müdafiə, təhlükəsizlik və sahibkarlıqla bağlı büdcədə nzərdə tutulan vəsaitlərin artırılması ilə bağlı birinci oxunuşda səslənən təkliflərə münasibət bildirən Tahir Mirkişili bildirib ki, müdafiə xərcləri ilə bağlı isə Prezidentin bu sahəyə ayırdığı maliyyə kifayət qədər yetərlidir:

“Sahibkarlığa dəstək üçün isə əlavə 40 milyon manat nəzərdə tutulub. Bu, sahibkarlara dövlət dəstəyinin davam etdirilməsi deməkdir. İndiyə qədər 105 mindən sahibkara maliyyə dəstəyi verilib. İnvestisiya xərcləri isə azaldılmayıb, olduğu kimi saxlanılıb”.

Karantin cəriməsini ödəməyən vətəndaşların NƏZƏRİNƏ!

"Çox təəssüflər olsun ki, bu fikirdə olan insanlar hələ də mövcuddur və düşünürlər ki, cərimə olunmaqlarına baxmayaraq, karantin rejimi ləğv ediləndən sonra cərimələrin bağışlanması prosesi gedə bilər".
Baku.ws xəbər verir ki, bu sözləri Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyib.

O əlavə edib ki, belə bir güzəşt olmayacaq: "Cərimələrin ləğvi ilə bağlı qanunvericilikdə hər hansı hüquq norması mövcud deyil. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar olmadığına görə həmin cərimələrə nə güzəşt tətbiq olunur, nə də bir ay ödənilmədiyi təqdirdə üzərinə faiz gəlir.
Əgər yol hərəkəti qayda pozuntusuna görə cərimə 3 ay müddətində ödənilməzsə, həmin şəxsin sürücülük hüququ 6 ay müddətinə məhdudlaşdırılır. Amma karantin rejiminin pozulmasına görə tətbiq olunan cərimələr 3 ay müddətinə ödənilməzsə, artıq həmin şəxslər ictimai işlərə cəlb ediləcəklər.

Deyək ki, aprel ayının əvvəlindən xüsusi karantin rejiminin pozulmasına görə məsuliyyətə cəlb edilibsə, may, iyun, iyul - 3 ay tamam oldusa, artıq məhkəmənin qərarı ilə həmin şəxslər haqqında məcburi ictimai işlərə cəlb edilmək haqqında qərar çıxarıla bilər. Onlar 160 saatdan- 240 saatadək həmin işlərə cəlb oluna bilərlər. Bu qərarın tələblərinin pozulmasına görə artıq onlar 3 ay müddətinə inzibati həbs oluna bilərlər".

Azərbaycanda koronavirusla bağlı sevindirici xəbər

"Epidemiyanın inkişafının qanunauyğunluqları var. Bu qanunauyğunluqlar ondan ibarətdir ki, epidemiya başlayır, qalxan istiqamətdə yoluxmaların sayı artır, özünün pik həddinə çatır və müəyyən qədər pikdə qaldıqdan sonra zəifləmə, azalma müşahidə olunur".
Baku.ws xəbər verir ki, bu sözləri TƏBİB-in Elmi Komitəsinin sədri Akif Qurbanov deyib.
O bildirib ki, Azərbaycanın bir neçə həftə əvvəl keçdiyi dövrü epidemiyanın pik vəziyyəti kimi qiymətləndirir: "Bu vəziyyəti Türkiyə bir neçə ay bundan qabaq keçib. Rusiya da artıq yoluxmaların sayına əsasən, pik vəziyyətdən çıxmaq üzrədir. Hesab edirəm ki, Azərbaycanda da pik vəziyyət artıq qurtarıb və görülən tədbirlər nəticəsində yoluxmaların sayı azalır, epidemik prosesin sönməsinə tərəf gedir.

Bu günlərdə yoluxma sayları 200-ün altındadır. Yaxın günlərdə yoluxma sayları daha da azalacaq. Müəyyən saylar zamanı karantin rejiminin növbəti yumşaldılması olacaqdır. Amma əhali karantin rejiminin növbəti yumşaldılmasından sonra arxayınlaşmamalı və daha da qəti qoruyucu tədbirlərdən istifadə olunmalıdır. Biz bilməliyik ki, pandemiya getməyib, epidemiya qurtarmayıb, virus bizim aramızdadır və hər an ikinci, üçüncü dalğa gələ bilər".

Məktəblər açılsa, bu şərtlərə əməl edilməlidir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidməti yeni tədris ilindən məktəblər açılacağı təqdirdə təhsil müəssisələrində əməyin təhlükəsizliyinin hansı qaydalar əsasında təmin edilməsinin vacibliyini açıqlayıb.

Dövlət Əmək Müfəttişliyi Xidmətindən Trend-ə bildirilib ki, dərslərin başlanılması ilə bağlı qərar verilərsə, insanlar arasında məsafənin saxlanılması qaydasına riayət olunmalıdır.

Gigiyena qaydalarına əməl olunması da vacib şərtlərdəndir, iş yerlərində kifayət qədər dezinfeksiya və antiseptik vasitələrin olması, əllərin yuyulması üçün yerlərin çoxaldılması və əlyuma vasitələrinin yetərli sayda olması şərtdir.

İş yerlərinin və iş masalarının səthlərinin mütəmadi təmizlənməsi, qapı dəstəklərinin, kompüter avadanlıqlarının, tez-tez istifadə olunan digər əşyaların mütəmadi antiseptik materialla dezinfeksiya olunması, ümumi istifadədə olan otaqların, sanitariya qovşaqlarının dezinfeksiya olunması və s. nəzarətdə saxlanılmalı məsələlərdəndir:

"Həmçinin qeyd edək ki, işə cəlb olunmuş bütün işçilərin (müəllim və digər işçi heyətin) pandemiya şəraitində fərdi mühafizə vasitələrindən istifadə qaydalarına, öz vəzifələrini təhlükəsiz yerinə yetirmələrinə dair təlimatlandırılması rəhbərlik qarşısında əsas məsələlərdən biri olmalıdır.

Bildirilir ki, COVID-19 pandemiyası işçilərin və onların yaxınlarının qorunmasında əməyin mühafizəsinin önəmini bir daha təsdiqləyir. Pandemiya dövründə əməyin təhlükəsizliyi sahəsində sosial dialoqun (qeyd olunan məsələdə "məktəb - işçi heyət - valideyn - uşaq dialoqu") əhəmiyyəti böyükdür. Sosial dialoq yalnız bütün işçilərin fiziki və psixoloji sağlamlığının qorumasında deyil, pandemiyanın iqtisadiyyat və əmək sferasında mənfi nəticələrininin aradan qaldırılmasında da vacib şərtdir".

Yürüş gecəsindən sonra həbs olunanlarla bağlı daha bir

“14 iyulda baş verən hadisələrlə bağlı istintaqa cəlb edilənlərin hüquq və azadlıqları tam təmin edilib”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Baş Prokurorluğun məlumatında deyilir.

İstintaq zamanı lentə alınan videoda Fuad Qəhrəmanlı, Seymur Əhmədov və digər AXCP üzvləri yer alıb.  

İcra hakimiyyəti şəhid mayorun ailəsinə ev tikdirir
Tovuzdakı döyüşlər zamanı şəhid olan mayor Namiq Hajan oğlu Əhmədovun ailəsi üçün Qazax rayon icra hakimiyyəti yeni ev tikdirir.

Bu barədə tanınmış jurnalist Elçin Alıoğlu sosial şəbəkədə yazıb.

Jurnalist bildirib ki, tikinti başa çatmaq üzrədir: "Gözəl əməldir, Namiqin ailəsi adından minnətdaram".