Azərbaycanda maaşların və pensiyaların artırılması həmişə 2 formul üzrə aparılıb.

2015-2016-cı ilə qədər rəsmi infilyasiyaya görə indeksləşmə aparılırdı. Sonradan isə orta aylıq əmək haqqının artım tempinə görə indeksləşmə aparıldı.

Bu sözləri Axar.az-a iqtisadçı-ekspert Natiq Cəfərli maaş və pensiyaların nə qədər artırılacağı haqda danışarkən deyib.

“Prezident Sərəncamı yəqin ki, bu 2 formuldan fərqli formulla olacaq. Çünki bizdə rəsmi infilyasiya 5,1%-dir. Orta aylıq əmək haqqının artım tempi isə çox aşağıdır, 1% civarındadır. Düşünmürəm ki, bu formullardan istifadə olunacaq. Nazirlər Kabineti bu yaxınlarda rəqəmləri açıqlayacaq. Ehtimal edirəm ki, hər bir halda maaşlar və pensiyaların ən azı 10% artımı gözlənilir”, - N.Cəfərli qeyd edib.

İqtisadçı-ekspert Rəşad Həsənov isə bildirib ki, pensiyaçılar, minimum əmək haqqı səviyyəsində gəliri olanlar, müavinət alanlar üzrə gəlirlərin təxminən 40% artırılması təmin olunmalıdır:

“Ötən dövr ərzində qiymət artımları kəskin şəkildə davam edib. 2022-ci ildə pensiyalara tətbiq ediləcək indeksasiya səviyyəsi çox aşağı, təxminən 1% ətrafında olacaq. Çünki bu il orta aylıq əmək haqqının artımı aşağıdır. Əvəzində bu ilin əvvəlindən bəri vətəndaşların ailə büdcəsinə əhəmiyyətli təsiri olan tənzimlənən tariflərdə ciddi artımlar edilib. Təkcə yeni qəbul edilmiş qərarlar nəticəsində yalnız limitlər çərçivəsində elektrik enerjisi və qaz ailə təsərrüfatlarına 285 milyon manat əlavə xərc yaradacaq. Buna görə də gəliri az olan sosial qruplar üçün 40%, orta aylıq əmək haqqı səviyyəsində gəliri olanlar üçün 15% artım məqsədəuyğun olardı. Kənd təsərrüfatı sahəsində çalışanların əmək haqlarında 40%, təhsil işçilərinin maaşlarında 20% civarında artım edilməlidir ki, tarif dəyişikliyi və inflyasiyanım yaratdığı əlavə xərcləri kompensasiya edə bilsinlər”.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycan orta aylıq nominal əmək haqqı 707,7 manat təşkil edib.

13 May 2025 3 manatlıq kabab nə ətindəndir?
15 Aprel 2025 Büdcəyə 100 milyon manat vəsait bərpa olundu
26 Mart 2025 İran rialı dollar qarşısında tarixi minimuma düşdü
24 Mart 2025 Limon bahalaşacaq? - VİDEO
10 Mart 2025 Bu təqaüdlər də artırıldı: yeni artımlar da olacaq
08 Mart 2025 Azərbaycanda kartof bahalaşdı
03 Mart 2025 Bu şəxslərə birdəfəlik 1200, aylıq 250 manat ödəniləcək
24 Fevral 2025 Qarlı hava Azərbaycan iqtisadiyyatını da vurdu?
14 Fevral 2025 Avro və rubl manata qarşı bahalaşdı
05 Fevral 2025 Özümüz kərə yağı alırıq, Rusiyaya isə min ton satırıq?
04 Fevral 2025 Banklara ipoteka kreditləşməsi üçün yeni limitlər ayrıldı
29 Yanvar 2025 Mal və quzu əti yenidən bahalaşıb - VİDEO
27 Yanvar 2025 Ət yenidən BAHALAŞDI
24 Yanvar 2025 Azərbaycanda bu şəxslərin maaşı 90% artırıldı
23 Yanvar 2025 Qonşu ölkədə dollar kəskin bahalaşdı
22 Yanvar 2025 Gələn aydan bu müavinətin məbləği də artırılır
13 Yanvar 2025 Samir Şərifov daha bir vəzifəsini itirəcək
29 Dekabr 2024 Bu funksiyalar SOCAR-a ötürüləcək
29 Dekabr 2024 Yeni dövlət rüsumları müəyyənləşir
29 Dekabr 2024 Əvvəl 50 qəpik idi, indi 5 manat oldu - Açıqlama
23 Dekabr 2024 “Rabitəbank”dan yenilik, taksit funksiyalı Kartmane kartı
16 Dekabr 2024 Azərbaycanda siyasi partiyalara maliyyə yardımı artırılır
14 Dekabr 2024 Zamindən xəbərsiz kredit məbləği artırıla bilər?
13 Dekabr 2024 "Yelo Bank”da 516 milyonluq depozit yoxa çıxdı
13 Dekabr 2024 Azərbaycanda məmurdan inanılmaz fırıldaq
13 Dekabr 2024 Onlara da əmək pensiyası veriləcək
11 Dekabr 2024 Minsk diplomata edilən 100 minlik təklifə reaksiya verdi
11 Dekabr 2024 Universitetlərimiz reytinqdə niyə yüksələ bilmir?
10 Dekabr 2024 Sevindirici xəbər: Pensiya kapitalını birdəfəlik ala bilərsiniz
06 Dekabr 2024 Daha 4 şirkət xidmətlərini SİMA vasitəsilə rəqəmsallaşdırdı