Son xəbərlər

Gömrük Komitəsindən vətəndaşlara süni maneələr yaradılması xəbərləri ilə bağı AÇIQLAMA















Bəzi kütləvi informasiya vasitələrində idxal əməliyyatları zamanı xarici iqtisadi ticarət iştirakçılarına Mərkəzi Gömrük Ekspertizası İdarəsi və Bakı Baş Gömrük İdarəsində gömrük orqanları tərəfindən süni maneələr yaradıldığı, malların laboratoriyaya və anbara göndərilərək sahibkarlardan qeyri-qanuni vəsaitlərin tələb olunduğuna dair həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

Bununla bağlı Dövlət Gömrük Komitəsindən Publika.az-a daxil olan açıqlamada qeyd olunur ki, yayılan məlumatda idxal edilən malların guya məqsədli şəkildə ekspertizaya göndərildiyi, prosesin günlərlə davam etdiyi və bu müddət ərzində sahibkarların nəqliyyat şirkətlərinə əlavə vəsaitlər ödədiyi iddia olunur. Digər iddiaya görə isə sahibkarların idxal etdikləri mallar gömrük orqanları tərəfindən məcburi qaydada anbara göndərilir və burada həm yükləmə, həm də xidmət müqabilində onlardan qeyri-qanuni vəsaitlər alınır.

Dövlət Gömrük Komitəsi bildirir ki, hər iki halda irəli sürülən iddialar tamamilə əsassızdır və gömrük qanunvericiliyinə uyğun olaraq həyata keçirilən proseslər qərəzli şəxslər və ya dairələr tərəfindən gömrük orqanlarının fəaliyyətinə kölgə düşürmək məqsədilə bilərəkdən yanlış şərh olunur.

Belə ki, idxal edilən hər hansı malın mənşə ölkəsi, təsnifat kodu və gömrük dəyəri haqqında gömrük orqanında şübhə yaranarsa, həmin mallar qanunvericiliyə görə Mərkəzi Gömrük Ekspertizası idarəsinə göndərilməlidir. Ekspertiza qanunla müəyyən olunan müddətdə başa çatdırılır və hər hansı qeyri-qanuni hal aşkar edilmədiyi təqdirdə sahibinə təhvil verilir.

Bu prosesin daha asan şəkildə həyata keçirilməsi və sahibkarların vaxt və əlavə vəsait itkisinə məruz qalmaması məqsədilə Dövlət Gömrük Komitəsinin sədri tərəfindən Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 50-ci və 322.2-ci maddələrinin müddəalarının tələblərindən irəli gələn məsələlərin icrası ilə əlaqədar ticarətin asanlaşdırılması üsullarından biri olan məcburi qərarların tətbiqinə dair sərəncam imzalanıb.

Gömrük Məcəlləsinin 50.1-ci maddəsinə əsasən, şəxs konkret mallar və əməliyyatlarla əlaqədar malların təsnifatını, gömrük dəyərini, mənşə ölkəsini və gömrük ödənişlərinin məbləğini əvvəlcədən müəyyənləşdirmək məqsədilə (mallar gömrük ərazisinə gətirilmədən öncə) gömrük orqanına yazılı, o cümlədən elektron formada müraciət edə bilər. Gömrük orqanları həmin müraciət əsasında bu mallar və əməliyyatlarla əlaqədar malların təsnifatının, gömrük dəyərinin, mənşə ölkəsinin və gömrük ödənişlərinin məbləğinin müəyyən edilməsi baxımından məcburi olan qərarlar qəbul edirlər.

“Məcburi qərar” adlandırılan bu qərarlar həmin Məcəllənin 50.4-cü maddəsinə görə (bu Məcəllənin 50.5-ci maddəsinə əsasən ləğv edilən qərarlar istisna olmaqla), malların təsnifatına, mənşə ölkəsinə dair məcburi qərarlar qüvvəyə mindiyi tarixdən etibarən 3 (üç) il müddətində, malların gömrük dəyərinə və gömrük ödənişlərinin məbləğinə dair məcburi qərarlar isə qüvvəyə mindiyi tarixdən etibarən 1 (bir) il müddətində qüvvədə olur.

Yəni xarici iqtisadi fəaliyyət iştirakçısı idxal edəcəyi malın nümunəsini və mala dair məlumatları əvvəlcədən gömrük orqanına təqdim edir və aparılan araşdırma nəticəsində qəbul edilən qərara görə idxal edilən mallar maksimum 1 iş günü ərzində sahibinə təhvil verilir.

Bir nəqliyyat vasitəsində bir neçə sahibkara məxsus malların gömrük nəzarəti prosesi zamanı malların gömrük anbarına yönləndirilməsinə gəlincə, bu proses də gömrük qanunvericiliyinə uyğun şəkildə həyata keçirilir. Belə ki, qanunvericiliyə görə, bir nəqliyyat vasitəsində bir neçə sahibkara məxsus malların gömrük nəzarəti qanunvericiliklə müəyyən edilən gömrük anbarlarında həyata keçirilməlidir. Bu zaman sahibkar gömrük orqanlarına yalnız mallara dair bəyannamə üzrə nəzərdə tutulan vergi və rüsumları ödəyir. Həmin gömrük anbarlarının və orada göstərilən xidmətə görə alınan və ödənilən vəsaitlərin isə gömrük orqanlarına aidiyyəti yoxdur.

Onu da qeyd edək ki, gömrük sistemində aparılan islahatların əsas istiqamətlərindən biri idxal-ixrac əməliyyatlarının, gömrük nəzarəti və rəsmiləşdirilməsi proseslərinin sadələşdirilməsi, sürətləndirilməsidir. Bu məqsədlə tətbiq edilən “Yaşıl dəhliz” buraxılış sistemində malların hər hansı gömrük nəzarəti metodu tətbiq edilmədən birbaşa sahibkarların anbarlarına yönləndirilməsi və özləri tərəfindən boşaldılması və yüklənməsi nəzərdə tutulur.

Digər tərəfdən 1 nəqliyyat vasitəsində bir neçə sahibkara məxsus müxtəlif təsnifat kodu altındakı malların idxalı zamanı malların sahibi və ya onun səlahiyyətli nümayəndəsi mallar barədə əvvəlcədən gömrük orqanına lazımi məlumatları təqdim edərsə həmin mallar da prioritet qaydada ən qısa vaxt ərzində gömrük rəsmiləşdirilməsindən keçirilərək sahibinə təhvil verilir.

Üstəlik, ticarətin asanlaşdırılmasını, sahibkar üçün münbit şəraitin yaradılmasını nəzərdə tutan bu yeniliklər və tətbiqlər barədə Dövlət Gömrük Komitəsinin rəhbərliyi və aidiyyəti qurumları tərəfindən xarici iqtisadi fəaliyyət iştirakçıları ilə keçirilən görüşlərdə, Komitənin rəsmi internet səhifəsi, KİV, maarifləndirici videoçarxlar və digər vasitələrlə dəfələrlə məlumat verilib. Artıq 200-dən artıq xarici fəaliyyət iştirakçısı “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edərək malları birbaşa öz anbarına apara bilir.

Bundan başqa, Dövlət Gömrük Komitəsi tərəfindən gömrük-sərhəd buraxılış məntəqələrinin yaxınlığında Ticarətin Asanlaşdırılması Mərkəzlərinin yaradılması ilə bağlı yeni layihə icra olunur. Belə ki, “Yaşıl dəhliz” istifadəçisi olmayan xarici fəaliyyət iştirakçılarının idxal etdikləri mallar bu mərkəzlərdə asan və sürətli şəkildə gömrük nəzarətindən keçirilərək sahibinə təhvil veriləcək.

Görülən işlərin, həyata keçirilən islahat və yeniliklərin müqabilində həqiqətə uyğun olmayan məlumatların yayımlanması, hətta daha irəli gedərək gömrük xidmətinin korrupsiya və rüşvətxorluqda ittiham edilməsi gömrük orqanlarının fəaliyyətinə qərəzli və məqsədli şəkildə kölgə düşürməkdən başqa bir şey deyil. Üstəlik, korrupsiya, rüşvət, bir sözlə, gömrük qanunvericiliyinin pozulması ilə bağlı faktları müəyyən edən şəxslər və bəzi dırnaqarası kütləvi informasiya vasitələri bu faktları ictimailəşdirmədən öncə, birbaşa aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət edə bilərlər.
2 ayda nə ucuzlaşdı, nə bahalaşdı? – STATİSTİKA















2019-cu ilin yanvar-fevral aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 1,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,0 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,5 faiz bahalaşıb.

Azvision.az -ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, cari ilin fevral ayında yanvar ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,1 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,2 faiz bahalaşıb.

Ay ərzində düyünün, unun, manna yarmasının, makaron məmulatlarının, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, balıq məhsullarının, süd məhsulları və pendirin, bitki yağlarının, limonun, naringinin, portağalın, bananın, almanın, armudun, heyvanın, narın, kivinin, kələmin, göyərtinin, xiyarın, pomidorun, bibərin, badımcanın, kartofun, soğanın, sarımsağın, şəkər və şəkər tozunun, qəhvə, çay və kakaonun, tütün məmulatlarının, spirtli içkilərin qiymətlərində bahalaşma, qarabaşaq yarmasının, yumurtanın, kərə yağının, yerkökünün, çuğundurun qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ay ərzində qeyri-ərzaq mallarından ayaqqabıların, xalça və digər döşəmə örtüklərinin, mebel və ev əşyalarının, velosipedlərin, mobil telefonların, televizorların, zərgərlik məmulatlarının, dəftərxana ləvazimatlarının, kəsilmiş taxtanın, sementin, kərpicin, nitro, sulu və yağlı boyaların qiymətlərində bahalaşma, geyimin, soyuducuların, paltaryuyan maşınların, tozsoranların, noutbuk və planşet tipli kompüterlərin qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Cari ilin fevral ayında yanvar ayına nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən mənzillərin icarə haqqı, paltarların təmizlənməsi, təmiri və kirayəsi, avtomobillərin təmiri, tibbi və stomatoloji xidmətlərin, ölkə daxilində istirahət turlarının qiymətləri bahalaşmış, respublikadan kənara istirahət turlarının, dəmir yolu və hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin qiymətləri isə ucuzlaşmışdır. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Bu şəxslərin maaşı artırıldı — SƏRƏNCAM















Prezident İlham Əliyev “Azərbaycan Respublikasında teatr və konsert müəssisələri işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” sərəncam imzalayıb.

Sərəncamla dövlət büdcəsindən maliyyə yardımı alan teatr və konsert müəssisələrində çalışan işçilərin aylıq vəzifə maaşlarının 2019-cu il martın 1-dən orta hesabla 50 faiz artırılması təmin ediləcək.
"Sovetski" üçün xüsusi plan hazırlanır















"Bildiyiniz kimi, Bakının "Sovetski" kimi tanınan ərazisi ilə bağlı xüsusi plan hazırlanır".
Bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.
Onun sözlərinə görə, hazırda mütəxəssislər işləyir, maraqlı təkliflər hazırlanır, yaxın günlərdə ictimaiyyətə təqdim ediləcək.
Novruz yarmarkaları harada fəaliyyət göstərir — SİYAHI















Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə paytaxtın 14 ünvanında, ölkənin bütün şəhər və rayon mərkəzlərində martın 2-dən etibarən hər həftənin şənbə və bazar günləri Novruz yarmarkaları fəaliyyətə başlayıb. Martın 16-dan 21-dək isə Novruz yarmarkaları hər gün alıcılara xidmət göstərəcək.

Yarmarkalarda respublikamızın müxtəlif bölgələrindən fermerlər, ailə təsərrüfatları əhaliyə geniş çeşiddə kənd təsərrüfatı məhsullarını bazar qiymətlərindən 30-40 faiz ucuz təklif edirlər. Yarmarkalarda məhsulların keyfiyyətinə və qiymətlərinə müvafiq qurumlar tərəfindən nəzarət olunur.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı ilə Bakı Şəhər İcra Hakimiyyəti və Kənd Təsərrüfatı Nazirliyinin birgə keçirdikləri kənd təsərrüfatı məhsullarının satış yarmarkaları əhalinin tələbatı nəzərə alınaraq paytaxt Bakıda 14 ünvanda – Yasamal rayonunda H.Cavid prospektində, AMEA-nın binasının qarşısındakı parkda, Nərimanov rayonunda F.X.Xoyski prospektindəki Qələbə meydanında (metronun Gənclik stansiyasının çıxışı), Nizami rayonunda iki yerdə – Qara Qarayev prospekti 55/57 ünvanının qarşısındakı “Orbita” ticarət mərkəzinin avtomobil dayanacağında və C.Naxçıvanski küçəsi 74-də 8-ci kilometr yarmarkasında, Səbail rayonunda iki yerdə – Seyran Məmmədov küçəsi 6 ünvanında və Nizami küçəsi 154-də “Landmark” mehmanxanasının yanında, Binəqədi rayonunda 7-ci mikrorayondakı Kunanbayev küçəsində, Xətai rayonunda Məzahir Rüstəmov küçəsinin Sarayevo və S.Ə.Şirvani küçələri ilə kəsişməsində, Qaradağ rayonunun Lökbatan qəsəbəsində, 28 May küçəsindəki Olimpiya İdman bazasının qarşısında, Nəsimi rayonu, 3-cü mikrorayon Seyid Cəfər Pişəvəri küçəsi 2 a ünvanında, Pirallahı rayonunda Pirallahı qəsəbəsindəki K.Rzayev küçəsi 14-də qeyri-yaşayış obyektində, Sabunçu rayonunun Bakıxanov qəsəbəsinin M.Fətəliyev küçəsi 72 ünvanında, Suraxanı rayonunun Qaraçuxur qəsəbəsinin Yeni Günəşli “V” yaşayış sahəsindəki “Günəş” ticarət mərkəzində və Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki S.Yesenin küçəsi, döngə 2 ünvanında, həmçinin Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində və respublikanın digər şəhər və rayon mərkəzlərində təşkil olunub.

Bakı şəhərində təşkil edilən 14 yarmarkada satışa respublikanın 42 rayonundan 53 adda məhsul çıxarılır.

Dövlətimizin başçısının tapşırığına əsasən təşkil edilən bu yarmarkalardan məqsəd fermerlərin, sahibkarların öz məhsullarını əlverişli şəraitdə sata bilmələri, əhalinin isə ucuz qiymətə bu məhsulları almasıdır. Belə tədbirlər əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında, süni qiymət artımının qarşısının alınmasında və istehlakçıların seçim imkanlarının artırılmasında mühüm rol oynayır. Yarmarkalarda satıcı və alıcıların rahatlığının təmin olunması üçün əlverişli ticarət mühiti yaradılıb. Fermerlər, sahibkarlar və kənd təsərrüfatı məhsulları istehsalçıları məhsullarını satmaq üçün yarmarkalara həvəslə gətirir və alıcılara bazar qiymətlərindən xeyli ucuz təklif edirlər. Buna görədir ki, Novruz yarmarkalarında alıcı fəallığı yüksəkdir.

Təşkilatçılar vətəndaşları yarmarkalara dəvət edirlər.

Ölkədə mobil rabitə bazarının lideri olan “Azercell Telekom” MMC hər zaman olduğu kimi innovativ həllər və müasir texnologiyalar vasitəsilə müştərilərinə xidmət göstərmək məqsədilə, bu dəfə abunəçilərinin istifadəsinə yeni “Samsung S10” kampaniyasını təqdim edir. 

Mart ayının 8-dən 31-nə kimi “Samsung S10” kampaniyası çərçivəsində Azercell dükanlarından Samsung telefonu əldə edən hər bir abunəçiyə 6 ay ərzində pulsuz Limitsiz İnternet paket hədiyyə təqdim ediləcək.

Kampaniyadan yararlanmaq üçün Samsung S10, Samsung S10+, Samsung S10 lite, Samsung A750, Samsung J600 və ya Samsung J250  telefon modellərindən birini  Azercell Ekskluziv mağazaları və ya Azercell Diler şəbəkələrindən əldə etmək kifayətdir. 

Qeyd edək ki, rəqəmsal dünyanın ən son yeniliklərini ölkədə tətbiq etməyi hədəfləyən Azercell bundan sonra da abunəçilərini yeni kampaniyalar ilə sevindirməyə davam edəcək. 

Qarşıdan gələn bayramlarda yaxınlarınızı sevindirmək üçün Azercell-in sərfəli kampaniyasından yararlanmaq fürsətini qaçırmayın. 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz 

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 49% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 99.1% (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. 

Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. 

Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

Şəki aeroportunun bərpası məsələsinə baxılır















Hazırda Şəki Hava Limanının bərpa edilərək işə salınması ilə bağlı məsələlərə baxılır.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti (NK) açıqlayıb.

NK bildirib ki, Şəki şəhəri və ətraf yaşayış məntəqələri üzrə sərnişindaşımaların yaxın beynəlxalq hava limanları vasitəsilə həyata keçirilməsi, regiona sərnişin-turist axını araşdırıldıqdan və büdcə tərəfindən maliyyələşdirildikdən sonra Şəki Hava Limanının fəaliyyəti bərpa ediləcək. “Azərbaycan Hava Yolları” QSC-nin 2018-2025-ci illər üçün strateji planında Şəki Hava Limanının tikintisi 2022-2023-cü illərdə proqnozlaşdırılıb.

NK qeyd edib ki, son illərdə sözügedən bölgədə, yəni Qəbələdə yeni hava limanı tikilib, Zaqatalada isə hava limanı yenidən qurularaq istifadəyə verilib.

Şəki hava limanı isə hazırda ancaq bütün tip vertolyotları qəbul və yola salmaq imkanına malikdir.
Mərkəzi Bank uçot dərəcəsi barədə















Azərbaycan Mərkəzi Bankı İdarə heyətinin növbəti iclasında uçot dərəcəsi ilə bağlı dəyişikliklərin olacağını gözləmir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə bankın sədri Elman Rüstəmov deyib.

E.Rüstəmov qeyd edib ki, bank analitik işləri davam etdirir və həm daxili, həm də xarici amillər nəzərə alınır.

Bank sədri əlavə edib ki, Azərbaycanda keçirilən sosial islahatlar inflyasiyaya güclü təsir göstərməyəcək.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı bu il fevralın 1-də uçot dərəcəsini 9,75 faizdən 9,25 faizədək azaltmışdı.

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

Trend-in məlumatına görə, sentyabrın 28-də qızılın qiyməti sentyabrın 27-i ilə müqayisədə 25,364 manat azalaraq 1 unsiya üçün 2012,0605 manat təşkil edib.

Gümüş 0,281 manat ucuzlaşaraq 1 unsiya üçün 24,2852 manata bərabər olub.

Trend-ə görə, platinin qiyməti 29,9115 manat azalaraq 1376,745 manat, palladiumun qiyməti isə 22,423 manat artaraq 1849,175 manat təşkil edib.

 

Dünya bazarında neftin qiyməti artmaqda davam edir.

“Report” xəbər verir ki, Londonun "İCE Futures" birjasında “Brent” markalı neftin bir bareli 2,1% bahalaşaraq 83,15 dollara satılıb.

Qeyd edək ki, bundan əvvəl sözügedən markalı neftin bir bareli 2014-cü il noyabrın 10-da 83 dollar həddini ötmüşdü.