Son xəbərlər

Bu yayı əsrarəngiz Santorinidə keçirmək üçün şansınız var! Bu imkanı sizə Unibank kartları qazandırır. Martın 14-dən mayın 31-dək Unibankın debet, kredit, əmək haqqı kartları ilə lotereya şərtlərinə uyğun nağdsız ödənişlər edən və eləcə də bu müddətdə bankdan Albalı Plus kredit kartı alan müştərilərin 1 həftəlik,  iki nəfərlik səyahət paketi, iPhone X mobil telefonu və 50 AZN-dən 1000 AZN-dək müxtəlif pul uduşları qazanmaq şansları var. Unibankın “Bahar lotereyası” nağdsız əməliyyatların artırılmasını stimullaşdırmaq məqsədi daşıyır.

Lotereyanın şərtləri belədir:

-Lotereya 14.03.2019 -  31.05.2019 tarixlərini əhatə edəcək və 2 tirajdan ibarət olacaq (1-ci tiraj 23.04.2019 il tarixində, 2-ci tiraj 10.06.2019 tarixində keçiriləcək);

- Ümumilikdə 100 iştirakçı qalib elan ediləcək;

- Lotereyada Unibankdan yeni Albalı Plus kredit kartı əldə edən, eləcə də Unibank debet, kredit, əmək haqqı kartları ilə lotereya şərtlərinə uyğun nağdsız ödənişlər edən müştərilər iştirak edəcək;

-Lotereya keçirildiyi müddətdə rəsmiləşdirilən Albalı Plus kredit kartı 10 iştirak şansı, şərtlərdə göstərilən nağdsız edilən əməliyyatların cəminin hər tam 10 AZN məbləği isə 1 iştirak şansı qazandıracaq;

- Lotereyada yalnız www.unibank.az saytında ( https://unbk.az/2JcbNLA) qeydiyyatdan keçən müştərilər iştirak edəcək.

Lotereyanın uduş fondu:  ümumilikdə 10 000 AZN pul mukafatı, iPhone X mobil telefonu və səyahət paketini əhatə edir. Qaliblər tiraj komissiyasının iştirakı ilə xüsusi kompüter proqramı vasitəsi ilə seçiləcəklər.

Lotereya qalibləri aşağıdakı mükafatları əldə edəcəklər:

-1 nəfər qalib - Yunanıstanın Santorini adasındakı 5 ulduzlu oteldə, 6 gecə/7 gun, 2 nəfərlik  səyahət paketi,

-1 nəfər qalib - iPhone X mobil telefonu,  

-2 nəfər qalib - 1 000 AZN,

-2 nəfər qalib - 500 AZN,

-46 nəfər qalib - 100 AZN,

-48 nəfər qalib - 50 AZN.  

Lotereyanın şərtləri ilə daha ətraflı bu linkdə (https://unbk.az/2HgDl0F) tanış ola bilərsiniz.

Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə hər kəsin xidmətindədir. Unibankın filialları həftənin 5 günü nahar fasiləsi olmadan, səhər saat 09:00-dan axşam 17:00-dək fəaliyyət göstərir.  Həmçinin, bankın paytaxt və bölgələrdə yerləşən bu filiaları şənbə günləri də saat 10:00-dan 14:00-dək müştərilərə xidmət edir:

Abşeron filiallarından: 15 saylı filial (S.Vurğun bağı yaxınlığında); 13 saylı filial (“İnşaatçılar”); “Nərimanov” filialı; “Əcəmi”; “Neftçilər”; 10 saylı filialı (“Əhmədli”); 17 saylı  (“Sahil”); 19 saylı filial (“Bakıxanov”); “Mərdəkan”; “Xırdalan”; “Sumqayıt”.

Region filiallarından: “Gəncə”; “Kəpəz”; “Şəmkir”; “Tovuz”; “Bərdə”; “Mingəçevir”; “Şəki”.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

Azərbaycanda qızıl və gümüş bahalaşıb.

Trend-in məlumatına görə, martın 13-də qızılın qiyməti martın 12-i ilə müqayisədə 13,073 manat artaraq 1 unsiya üçün 2217,667 manat təşkil edib.

Gümüş 0,0567 manat bahalaşaraq 1 unsiya üçün 26,2427 manata bərabər olub.

Trend-ə görə, platinin qiyməti 15,878 manat artaraq 1419,908 manat, palladiumun qiyməti isə 9,4265 manat azalaraq 2607,0945 manat təşkil edib.

 

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.

Yumurta alarkən diqqətli olun! — XƏBƏRDARLIQ















Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması istiqamətində mütəmadi monitorinqlər aparılır.

Aparılan monitorinqlər zamanı bəzi sahibkarların idxal olunan və ölkədə istehsal olunan yumurtaların qutuları üzərindəki istehsal tarixlərini dəyişdirməsi halları aşkar olunub. Eyni zamanda məlum olub ki, bəzi sahibkarlar xaricdən idxal olunan yumurtaları yerli müəssisələrin qutularına yerləşdirilərək “yerli yumurta” adı altında satışa çıxarır. Aşkar olunan faktlarla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb.

Bu barədə Minval.İnfo-ya Agentlikdən məlumat verilib.

Agentlik bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin diqqətinə çatdırır ki, bu kimi qanunazidd əməllər yolverilməzdir və belə şəxslər haqqında qanunvericilik çərçivəsində ən sərt tərbirlər həyata keçiriləcək.

Vətəndaşlardan satış şəbəkələrində belə hallarla rastlaşdıqda konkret faktlarla Agentliyin “1003” Çağrı Mərkəzinə zəng edib məlumat vermələri xahiş olunur.

İranın iqtisadiyyat və maliyyə naziri Fərhad Dejpəsənd Azərbaycana gəlib.

Bu barədə "Report"a İranın Azərbaycandakı səfirliyindən bildiriblər.

Qeyd olunur ki, nazir bu gün Bakıda keçiriləcək Azərbaycan-İran Hökumətlərarası İqtisadi Komissiyasının iclasında iştirak edəcək.

F.Dejpəsənd gəlişindən sonra bildirib ki, İran infrastruktur layihələrindən başqa, maliyyə və turizm sahələrində də Azərbaycanla ikitərəfli əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

O, Bakıya səfərinin məhsuldar olacağına, ikitərəfli əlaqələrin daha da dərinləşməsinə və genişlənməsinə imkan verəcəyinə ümid etdiyini söyləyib.

ABŞ Azərbaycanın neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb














ABŞ-ın Energetika Nazirliyi Azərbaycanın neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın nazirlik yanında Energetika İnformasiyası Agentliyinin (EİA) “Qısamüddətli energetika proqnozu”nun mart nəşrində deyilir.

Bildirilir ki, Azərbaycan 2019-cu ildə orta hesabla gündə 0,78 milyon barel neft və kondensat çıxarılacaq.

Proqnozun məlumatlarına əsasən, 2019-cu ilin birinci rübündə hasilatın səviyyəsi gündə 0,79 milyon barel təşkil edəcək. İkinci rübdə hasilat dəyişməz qalacaq – 0,79 milyon barel. Cari ilin üçüncü və dördüncü rüblərində neft hasilatı və gündə 0,78 milyon barel neft və müvafiq olaraq 0,76 milyon barel kondensat səviyyəsində proqnozlaşdırılır.

Agentliyin proqnozuna görə, 2020-ci ildə birgünlük hasilatın orta göstəricisi 0,76 milyon barel neft və kondensat təşkil edəcək.

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 12-də 67,94 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,4 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 67,24 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,4 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 64,5 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,52 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 65,64 dollar/barel təşkil edib, bu da əvvəlki qiymətdən 0,4 dollar/barel çoxdur.

"Bu ayın pensiya ödənişləri qrafik üzrə verilməyə başlayıb. Artıq 10-dan çox rayonun pensiyaları ödənilib".

Bunu "Report"a açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, Novruz bayramına qədər ölkə üzrə bütün pensiyaların ödənilməsi təmin olunacaq.

S.Babayev qeyd edib ki, martın 18-nə kimi bu ödənişlər tam yekunlaşacaq: "Adətən pensiyalar ay sonunda verilirdi. Bu dəfə pensiya ödənişlərinin artımla birlikdə Novruz bayramına qədər verilməsi təmin ediləcək".

Dövlət Neft Fondu Mərkəzi Bankın fevral ayında keçirdiyi valyuta hərraclarında 316,2 milyon ABŞ dolları məbləğində vəsait satıb. Novator.az bildirir ki, rəsmi açıqlama martın 13-də yayılıb.

Yanvarın valyuta hərraclarında fonddan 634,9 milyon dollar alınmışdı. Manatın kursunu qorumaq üçün keçirilən hərraclarda 2019-cu ilin ümumi xərci 951,1 milyon dollardır.

2016-cı ildə Dövlət Neft Fondunun analoji xərci 4,9 milyard dollar, 2017-ci ildə 3,6 milyard dollar, 2018-ci ildə 6,5 milyard dollar göstərilib.

Mərkəzi Bank ABŞ dollarının kursunu 2018-ci il martın 7-dən 1,7 manat həddində saxlayır.

Martın 13-də avro banklara 1,9181, Gürcüstan larisi 0,6326, Rusiya rublu 0,0259, Türkiyə lirəsi 0,3114 manata satılır (Məzənnələr).

Avro 2019-cu ilə 1,9323, Gürcüstan larisi 0,6346, Rusiya rublu 0,0245, Türkiyə lirəsi 0,3141 manatla başlayıb.

Banklar problemli krediti olanlardan borclarını tələb edir















Prezident İlham Əliyevin fiziki şəxslərin kredit borclarının həlli sahəsində əlavə tədbirlərə dair fərmanı imzalamasından iki həftəyə yaxın vaxt keçir. Artıq müvafiq dövlət qurumları fərmanın icrası istiqamətində fəaliyyətlərə başlayıblar.

Fərmanda xarici valyutada olan kreditlərin məzənnə fərqindən artan hissəsi, həmçinin hesablanmış faiz və dəbbə pulu üzrə tətbiq olunacaq güzəşt mexanizminin hazırlanması barədə tapşırıq yer alıb. Bu işi martın 15-dək Maliyyə Bazarlarına Nəzarət Palatası Mərkəzi Bankla birlikdə həyata keçirməli, müvafiq mexanizmi təsdiq etməlidir.

Bundan əlavə, banklar Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən etməlidilər. Bundan əlavə, banklar problemli borcların restrukturizasiyası istiqamətində də addımlar atmalıdılar.

Prezident həmçinin banklara problemli kreditlərlə bağlı məhkəmələrdəki iddialarını geri çəkməyi tövsiyə edib.

Fərmanın icrası ilə bağlı işlər görülərkən banklar və məhkəmə orqanları borclulardan ödəniş etmələrini istəyirlər. Bununla bağlı redaksiyamıza müraciət edən şəxslər banklardan onlara zəng vuraraq ödənişlərini icra etmələrini istədiklərini bildirirlər. Bir neçə oxucumuz isə məhkəmə icraçılarının onlardan məhkəmə qərarına əməl edərək, borclarını bağlamalarını istədiklərini deyirlər.

Banklar və məhkəmələr bu tələblərində nə qədər haqlıdılar və vətəndaşlar necə davransınlar?

Banklar problemli krediti olanlardan borclarını tələb edir


Sualları cavablandıran hüquqşünas, bank sahəsi üzrə mütəxəssis Əkrəm Həsənov bildirir ki, borcların ödənməsi tələbi hər iki halda haqlı tələblərdir: “Prezidentin fərmanı problemli manat və xarici valyutada olan kreditlərin tam bağışlanmasını nəzərdə tutmur. Fərman xarici valyutada 10 min dollara qədər olan kreditlərin məzənnə fərqinin 92 faizinin dövlət tərəfindən ödənməsini nəzərdə tutur. Faiz və dəbbə puluna tətbiq olunacaq güzəşt mexanizmi də hazır deyil hələ. Gecikmiş kreditlər üzrə faizləri banklar bağışlamalıdılar, amma hələ buna da başlanmayıb. Bu baxımdan, bankların müştərilərdən ödəniş istəməsi qanunidir”.

Bəs vətəndaşlar borcun yalnız əsas hissəsini ödəməklə kifayətlənə bilərmi? Hüquqşünas bildirir ki, bank qaydaları bunu mümkünsüz edir: “Məsələ burasındadır ki, banka olunan borc ödənişindən birinci faiz borcu çıxılır, yerdə qalan əsas borcun ödənişinə yönəldilir. Bu baxımdan, vətəndaşın imkanı yoxdur ki, gedib əsas borcunu ödəsin, faizlər qalsın. Düşünürəm ki, faizlərin silinməsinə görə çoxlu sayda vətəndaş fərman icra olunanadək borcunu ödəmək istəməyəcək və banklar da buna mane ola bilməyəcəklər”.

Məhkəmə icraçılarının davranışlarına gəlincə, Ə.Həsənov qeyd edir ki, məhkəmələrdən iddiaların geri çağırılması banklara tövsiyə olunub: “Düzdür, bu ehtimal cüzidir, amma ola bilsin ki, hansısa bank bu tövsiyəyə əməl etməsin. Bundan əlavə, hələlik iddiaların geri çəkilməsinə da başlanmayıb. Bu halda məhkəmə icraçılarının qərarların icrasını tələb etməsi təbiidir”.

Qeyd edək ki, fərman icra olunanadək əhatə dairəsinə düşən şəxslərin kredit borclarını ödəməyə davam etməli olduqlarını İqtisadi İslahatlar və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı da qeyd etmişdi. Fərmanla bağlı canlı yayımda sualları cavablandıran mərkəz rəhbəri bildirmişdi ki, vətəndaşlar aylıq ödənişlərini davam etdirməlidilər: “Fərmanın icrasına başlandıqda onların məzənnə fərqinə görə artıq ödənişləri hesablanıb geri qaytarılacaq”.
Problemli kreditlərlə bağlı bütün suallarınızı bura yazın















Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində problemli kreditlərlə bağlı vətəndaşların müraciəti üçün xüsusi bölməyaradılıb.

Bölmədə Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanla əlaqədar vətəndaşlar tərəfindən tez-tez verilən suallara cavab tapmaq, eləcə də yeni sual ünvanlamaq mümkündür.

Həmçinin bölmədə fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar güzəşt kalkulyatoru da fəaliyyət göstərir.

*Bölmə sözünün üzərinə klikləyin (tıklayın).