Son xəbərlər

Mərkəzi Bankdan manatla bağlı — VACİB QƏRAR



Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 8,75%-dən 8,5%-ə endirilməsi haqda qərar qəbul edib.
Report xəbər verir ki, faiz dəhlizinin yuxarı həddi 10,5%, aşağı həddi isə 6,5% (uçot dərəcəsinə ±2%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilib.

Bu qərar faktiki inflyasiyanın hədəf diapazonunun (4±2%) mərkəzindən aşağıda olması, inflyasiya gözləntilərinin sabitliyi, xarici mühitin əlverişli qalması və yenilənmiş makroiqtisadi proqnozlar nəzərə alınmaqla qəbul olunub.

İnflyasiya prosesləri. İnflyasiya gözlənilən trayektoriyada dəyişir. 2019-cu ilin aprel ayında 12 aylıq inflyasiya hədəf çərçivəsində olmaqla 3.1% təşkil etmişdir. Ərzaq və xidmətlər üzrə qiymət artımı (müvafiq olaraq 3.5% və 3.8%) hədəf intervalında formalaşmışdır. Qeyri-ərzaq məhsullarının qiymətləri isə 1.4% yüksəlmişdir. May ayında mövsümi amillərin təsiri ilə istehlak səbətində mühüm xüsusi çəkiyə malik ərzaq məhsulların ucuzlaşması müşahidə edilmişdir.

İnflyasiya gözləntiləri. İstehlak qiymətlərinin cari dinamikası və valyuta bazarında tarazlıq inflyasiya gözləntilərini stabil saxlayır. Real sektor monitorinqinin nəticələrinə əsasən son ayda qiymət gözləntiləri ticarət, xidmət və tikinti sektorlarında azalmış, qeyri-neft emal sənayesində dəyişməz qalmışdır.

Kənd təsərrüfatı məhsulları mövsümi xarakterli amillərin təsiri ilə qarşıdakı bir neçə ayda da ərzaq inflyasiyasına azaldıcı təsir edəcəkdir. Proqnozlar 2019-cu ilin sonuna inflyasiyanın hədəf daxilində (4±2%) qalacağını göstərir.

Xarici şərait. Xarici sektorda müsbət meyillər davam etməkdədir. Cari ilin 4 ayında ixrac (malların ixracı) 25.4%, o cümlədən qeyri-neft ixracı 19.9% artmış, ticarət balansında 2.5 mlrd. dollarlıq müsbət saldo yaranmışdır.

Profisitli tədiyə balansı şəraitində ölkənin strateji valyuta ehtiyatları ilin əvvəli ilə müqayisədə 6.2% artaraq 47.5 mlrd. dollara çatmışdır.

Beynəlxalq konyunktur Azərbaycan üçün əlverişli olaraq qalır. Neftin qiyməti ilin əvvəlindən 24% yüksəlmişdir.

Dünya ərzaq qiymətləri aprel ayında ötən ilin eyni dövrünə nəzərən 2.2% aşağı düşmüşdür (Mənbə: BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı).
İqtisadi aktivlik. İqtisadi artım pozitiv dinamikasını saxlayır. 2019-cu ilin 4 ayında ötən ilin eyni dövrünə nəzərən real iqtisadi artım 2.1% təşkil etmişdir. Qeyri-neft sektorunda artım 2.1% olmuş və əsasən ticari sektordan qaynaqlanmışdır. Real sektorun monitorinqi əsasında hesablanan biznes inam indeksi son ayda qeyri-neft emal və xidmət sektorunda artmışdır.

İqtisadi artım həm xarici tələb, həm də daxili tələblə dəstəklənir. Yanvar-aprel aylarında ötən ilin müvafiq dövrünə nəzərən pərakəndə əmtəə dövriyyəsinin artım tempi (2.7%) əhali gəlirlərinin artım tempindən (5.5%) geri qalmışdır. Bu, ev təsərrüfatlarının hələ ki, əhəmiyyətli inflyasiya təzyiqi yaratmayan istehlak davranışı nümayiş etdirdiyini göstərir.

İnflyasiya riskləri. Qısamüddətli dövrdə inflyasiya üzrə risklər balansı tarazlı qiymətləndirilir. Buraya əlverişli beynəlxalq konyunktur, profisitli tədiyə balansı, tarazlı valyuta bazarı, antiinflyasion xarakterli monetar şərait və mövsümi amillər aiddir.

Ortamüddətli perspektiv üzrə risklər balansı mürəkkəbləşməkdədir. Xarici sektor üzrə başlıca qeyri-müəyyənlik qlobal iqtisadi artım perspektivlərinin pisləşməsi, ticarət müharibələrinin yeni dalğası və geosiyasi gərginlik fonunda neftin qiymət dinamikası ilə bağlıdır. Neftin may ayından başlayan ucuzlaşmasının davamlı xarakter alması iqtisadi gözləntilərə neqativ təsir edə bilər. Digər xarici risk mənbəyi dünya ərzaq bazarlarında bahalaşmanın davam etməsi və potensial inflyasiya idxalıdır. Ticarət tərəfdaşı ölkələrinin maliyyə bazarlarında qeyri-sabitlik riski isə nisbətən azalmışdır ki, bu da qabaqcıl ölkələrdə monetar siyasətin daha da sərtləşməsi gözləntilərinin azalması ilə izah edilir.

Daxili risk amillərinin reallaşması sosial xarakterli fiskal stimullar və maliyyə sektoru ilə bağlı qərarların istehlak bazarına və monetar sektora təsirinin miqyasından asılı olacaqdır. Son aylarda müşahidə edilən proseslər bu təsirlərin zaman üzrə yayıldığını göstərir. Qeyd olunan faktorların inflyasiyaya ötürücülüyü dərəcəsi tam olaraq ilin sonuna formalaşacaqdır. Mürəkkəbləşməkdə olan xarici fonda fiskal siyasətin mövcud qaydalar çərçivəsində həyata keçirilməsi, fiskal siyasətlə monetar siyasətin vahid çərçivədə sərt əlaqələndirilməsi dayanıqlı makroiqtisadi sabitliyin baza şərti olaraq qalır.

Monetar şərait. May ayının yekunu üzrə manatla pul bazası ilin əvvəlinə nəzərən 6.6% artmışdır ki, bu da inflyasiya hədəfinə nail olmaq baxımından məqbul səviyyədir. Mərkəzi Bankın sterilizasiya əməliyyatları üzrə qalığın azalması fiskal profisit şəraitində pul bazasını hədəf daxilində tənzimləməklə əlaqədardır.

Aşağı kredit aktivliyi şəraitində bank sisteminin likvidlik mövqeyində iri həcmli struktur profisiti qalmaqdadır. Yanvar-aprel aylarında kredit qoyuluşları 0.1%, o cümlədən hüquqi şəxslər üzrə 2.7% azalmışdır. Kredit aktivliyinin son illərdə də aşağı düşməsi iqtisadi artıma və məcmu təklifin genişlənməsinə neqativ təsir göstərməklə makroiqtisadi və maliyyə sabitliyinə xələl gətirir. Bu fonda cari ildə bankların xarici investisiya aktivliyi diqqəti cəlb edir.

Faiz dəhlizinin parametrləri barədə növbəti qərarlar faktiki inflyasiyanın proqnozla müqayisəsi, inflyasiya gözləntiləri, xarici mühitin dəyişimi və maliyyə bazarlarının buna reaksiyasından asılı olaraq qəbul ediləcəkdir.

Bu qərar 7 iyun 2019-cu ildən qüvvəyə minir. Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı barədə məlumat 2019-ci il iyulun 26-da ictimaiyyətə təqdim ediləcəkdir.
SOCAR İran neftinin idxalından imtina edir




Gələn ay Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyədəki “Star” neft emalı zavodunda (NEZ) emal üçün İraqdan xam neft alacaq.

Trend xəbər verir ki, bu barədə “SOCAR Turkey Energy”nin rəhbəri Zaur Qəhrəmanov deyib.

O qeyd edib ki, İranın xam neftindən istifadə edən emal zavodları gələcəkdə ABŞ-ın sanksiyaları ucbatından problemlə üzləşə bilərlər.

“SOCAR Turkey Energy”nin rəhbərinin sözlərinə görə, bu günə qədər “Star” neft emalı zavodu tərəfindən 1,5 milyon ton xam neft alınıb:

“İlin sonuna qədər 8 milyon ton xam neft emalını planlaşdırırq. Gələn aydan isə İraqdan xam neft almağa başlayacağıq”.

Qeyd edək ki, 2018-ci il oktyabrın 19-da İzmirdə “Star” neft emalı zavodunun açılışı olub. Zavodun dəyəri 6,3 milyard dollar təşkil edir.
Azərbaycan “Boeing 737” təyyarələrindən imtina etdi



Azərbaycan “Boeing” şirkəti ilə 10 ədəd “Boeing 737 MAX-8” təyyarəsinin alışını nəzərdə tutan müqaviləni ləğv edib.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin bəyanatında deyilir: “Biz rəsmi olaraq “Boeing 737 MAX-8” təyyarələrinin alışı planından imtina etmişik. Bu qərar həmin təyyarələrin təhlükəsizliyi ilə bağlıdır və müvafiq müqaviləni ləğv etdik”.

Xatırladaq ki, 2017-ci ilin aprelində Azərbaycanın “Silk Way Airline” aviaşirkəti və “Boeing” arasında 10 ədəd “Boeing 737 MAX-8” sərnişin təyyarəsinin alışı haqqında müqavilə imzalanmışdı. Bu hava gəmilərinin operatoru AZAL şirkəti olmalı idi. Razılaşmanın ümumi dəyəri təqribən bir milyard dollar təşkil edirdi. Azərbaycan müqavilə çərçivəsində təyyarələri üç il ərzində əldə etməli idi.

Hazırda AZAL “Boeing 787”, “Boeing 767”, “Boeing 757”, eləcə də, “Airbus 340”, “Airbus 320”, “Airbus 319” və “Embraer 190” təyyarələrini istismar edir.

Qeyd edək ki, son yarım il ərzində “Boeing 737 MAX” avialaynerinin iştirakı ilə iki qəza baş verib, ümumilikdə 346 nəfər həlak olub.

Mart ayının 10-da Əddis-Əbəbədən çıxan Efiopiya hava yolları şirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində 157 nəfər həyatını itirib. Qurbanlar arasında 33 ölkənin vətəndaşları yer alır.

Qəzadan sonra dünyanın 30-dan çox aviaşirkəti 737 MAX təyyarələrindən istifadədən imtina edib. Avropa İttifaqı, ABŞ, Rusiya və başqa ölkələr öz hava məkanlarında bu modeldən olan təyyarələrin uçuşuna qadağa qoyub.
Neft kəskin ucuzlaşdı


Dünya birjalarında neftin qiymətinin kəskin ucuzlaşması prosesi günlərdir davam edir.

İCE London birjasında “Brent” markalı neftin qiyməti 1,24 faiz ucuzlaşaraq barreli 61, 22 dollardan satılır.

WTI markalı neftin qiyməti isə 0,93 faiz azalaraq barreli 53 dollardan təklif olunur
Dollar kreditləri İlə bağlı VACİB AÇIQLAMA


Prezident İlham Əliyevin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli fərmanının icrası uğurla başa çatdırılıb.

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, indiyə qədər kompensasiya hesablanmış vətəndaşların 95,5%-nə ödənişlər edilib ki, bu da ayrılmış məbləğin 91,4%-ni təşkil edir. Müxtəlif səbəblərə görə (ölkə xaricində olduğundan, vəfat etdiyindən və s.) kompensasiya almaq üçün müraciət etməmiş 27,5 min nəfər mövcuddur ki, onların da 20,5 mini ləğv prosesində olan bankların və bank olmayan kredit təşkilatlarının, 7 mini isə fəaliyyətdə olan bankların müştəriləridir. Həmin vətəndaşlar və onların varisləri bundan sonra da banklara, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-yə müraciət edərək kompensasiyalarını ala bilərlər.

Bundan başqa, Palatanın nəzdində yaradılmış Apellyasiya Komissiyası 13 minə yaxın vətəndaşın müraciəti üzrə isə araşdırmaları davam etdirir. Bbu müraciətlər növbəlilik prinsipi ilə cavablandırılacaq.
Fərmanın icrası üçün Maliyyə Nazirliyinin 6 trans çərçivəsində ayırdığı 600,1 milyon manat vəsaitin 288,8 milyon manatı 562 min nəfərin ödəniş müddəti keçmiş kreditlərinə yönəldilib, 311,3 milyon manat isə müştərilərin sərəncamına verilib.

Fərman çərçivəsində kredit təşkilatları 126 mindən çox borcalanın kreditləri üzrə hesablanmış 107 milyon manata yaxın faiz və dəbbə pullarınə silib və bu proses davam edir. Bundan əlavə, 42 min borcalanın kreditləri tamamilə bağlanıb, 10 minə yaxın borcalanın 11 milyon manat məbləğindəki kreditləri güzəştli şərtlərlə restrukturizasiya edilib və bu proses ilin sonuna qədər davam edəcək.

Fərmanın icrası çərçivəsində proseslərin şəffaflığının və operativliyinin təmin edilməsi məqsədilə Palata tərəfindən yaradılmış xüsusi elektron portala problemli kreditlərə dair məlumatların sorğulanması üçün 685 min istifadəçidən 1,7 milyon sorğu daxil olub. Ümumilikdə həmin portal üzrə baxış sayı 3 milyona yaxın olub. Palatanın 966 çağrı mərkəzinə daxil olan 117 mindən çox zəng cavablandırılıb.
Tütün məmulatlarından asılılığı azaldan dərmanlar vergidən azad edilir


Gürcüstanda tütün məmulatlarından asılılığın müalicəsi üçün istifadə edilən tibbi vasitələr əlavə dəyər vergisindən və idxal rüsumundan azad ediləcək.
ONA -nın yerli bürosunun xəbərinə görə, Gürcüstan parlamentinin Səhiyyə komitəsinin hakim Gürcü Arzusu Partiyasından olan deputatların təşəbbüsü ilə hazırladığı qanun layihəsi parlamentin iyunun 3-də keçiriləcək iclasda müzakirəyə çıxarılacaq.
Layihənin məqsədinin tütün məmulatlarından asılılığın müalicəsinə əhalinin çıxış imkanlarını artırmaq olduğu bildirilir.
Millət vəkili: “Neftin qiyməti düşsə, devalvasiya qaçılmaz olacaq”













Dövlət büdcəsinin illik hesabatı ilə tanış olmuşam. Hesab edirəm ki, keçən büdcə ili ərzində neftin qiymətinin yüksək olması, 60-70 dollar arasında dəyişməsi imkan verib ki, inflyasiya 2,3 faiz həcmində olsun. Bu çox müsbət haldır. Manatın kursunun sabit qalması pozitiv bir əlamətdir.
Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev parlamentin plenar iclasındakı çıxışında, “2018-ci il dövlət büdcəsinini icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Millət vəkili: “Neftin qiyməti düşsə, devalvasiya qaçılmaz olacaq”











Millət vəkili, eyni zamanda qeyd edib ki, hesabatla tanış olduğu zaman bəzi rəqəmlər ona inandırıcı görünməyib:

“Vətəndaşlarımızın da bu rəqəmə inanacağlarını düşünmürəm. Məsələn, hesabatda göstərilir ki, istehlak qiymətinin indeksi – inflyasiya 2,3 faiz təşkil edib. Ümumilikdə isə hesabatda qeyd olunur ki, məhsulların və xidmətlərin qiyməti 10,6 % bənd azalıb. Yəni bunu yazanlar ya özləri bazara getmirlər, ya da bazara gedənlərdən bu barədə obyektiv məlumat almırlar. Başqa bir mühüm məqam isə ondan ibarətdir ki, hesabat ilində xarici ticarət dövriyyəsində qeyri-neft məhsullarının ixracı real ifadədə 1 faiz artıb. Hər halda artımın olması müsbət haldır. Amma düşünürəm ki, bu sürətli inkişafımız üçün yetərli deyil. Məsələn, hesabatda qeyd olunur ki, tikintidən gələn gəlirlər 137 milyon, ticarətdən gələn gəlirlər 61 milyon manat təşkil edib. Amma, yeni dəyər yaradan qeyri-neft sektorunda olan istehsal və emal müəssisələrinin ödədiyi vergilərdən nə qədər gəlirin əldə olunduğu barədə konktret rəqəmlər yoxdur. Bəs qeyri neft sektoruna, yəni yeni istehsal və emal müəssisələrinin yaradılmasına nə qədər investisiya qoyulub? Nə qədər güzəştli kreditlər verilib, sahibkarlar tərəfindən nə qədər investisiya yatırılıb? Bu barədə də məlumat yoxdur. İstehsal və emal müəssisələrinin yaranması bizim üçün son dərəcə önəmlidir.

Bir mühüm məsələyə də diqqət çəkmək istəyirəm: Hörmətli Ziyad Səmədzadə də öz çıxında dedi ki, ləğv olunan müəssisələrin sayına nisbətdə 1,9 dəfə yeni müəssisələr yaradılıb. Amma bu müəssisələrin xidmət, ticarət, yaxud istehsal və emal müəssisələri olduğu barədə məlumat verilmədi. Bütün istiqamətlər ilə bağlı detallı məlumatın verilməsi real mənzərənin göz önündə olması üçün son dərəcə vacibdir”.

Millət vəkili hesabatda diqqət çəkən digər məqamlara da toxunub:

“Məsələn, hesabatda qeyd olunur ki, tikinti sektoruna 5 milyard xərclənib, 2 milyard 235 milyon manat xarici borc qaytarılıb. Bu borclar da əsasən tikintiyə xərclənib. Bundan başqa, Prezidentin ehtiyat fondundan 301 milyon manat, dövlət büdcəsinin ehtiyat fondundan 464 milyon manat xərclənib ki, bunlar da əsasən tikinti ilə bağlıdır. Beləliklə, 2018-ci ildə 23 milyard 100 milyonluq büdcənin tikinti ilə bağlı xərclərinin həcmi 8 milyard 100 milyon manata gəlib çıxıb. Təhsilə 2 milyard 12 milyon, səhiyyəyə 732 milyon, sosial təminat üçün 1 milyard 300 milyon, elmə isə 122 milyon manat xərclənib. Bütün bunların hamısı ümumilikdə tikintiyə xərclənən vəsaitin 50 faizini təşkil etmir. Onda necə demək olar ki, büdcə sosialyönümlüdür? Mən bu rəqəmləri niyə xatırladıram? Ona görə xatırladıram ki, artıq 2020-ci ilin dövlət büdcəsinin üzərində iş gedir. Hökumət uşaqpullarının verilməsi, əməkhaqlarının, pensiyaların artırılması ilə bağlı ciddi qərarlar qəbul etməlidir. Məndən öncə çıxış edən deputat həmkarlarımın qaldırdığı məsələlərə hökumət diqqətlə yanaşmalıdır. Xüsusilə də Fazil Mustafanın səsləndirdiyi rəqəmlərin üzərində ciddi düşünmək lazımdır. Hamımız bilirik ki, neftin qiyməti daha çox iqtisadi faktorlardan deyil, siyasi faktorlardan asılıdır. Bundan başqa, bölgədə müharibələr də olar bilər. Mən ona görə bu məsələlərin üzərinə gəlirəm ki, əgər neftin qiyməti aşağı düşsə manatın kursunu indiki kimi saxlamaq mümkün olmayacaq, devalvasiya qaçılmaz olacaq, ölkəmiz ciddi maliyyə problemləri ilə üz-üzə qalacaq. Görün nə qədər səhmdar cəmiyyətlər var və bunlar 3 milyonluq proqnozu cəmi 50 faiz yerinə yetirirlər. Bunları dövlət niyə özəlləşdirmir, niyə bu qurumları dövlət mülkiyyətində saxlayırıq? Ona görə də hökumətin ciddi islahatlar aparmasına ehtiyac var”. (Axar.az)
“Muğan Bank” kompensasiyanı yenə ödəmir, pul tələb edir – Video













Problemli kreditlərlə bağlı kompensasiyanın ödənilməsində suni əngəl yaradıldığı bildirilir.

Bu barədə minval.info-ya daxil olan müraciətdə vətəndaş “Muğan Bank” dan şikayətçi olduğunu dilə gətirir. Belə ki, bankın Abbasova Zərniyar Yusif qızına rəsmi şəkildə təyin edilmiş kompensasiyanı ödəməkdən “boyun qaçırdığı”, bundan əlavə ondan əlavə “pul tələb edildiyi” vurğulanır.

“Dövlət tərəfindən Z.Abbasovaya 1060 manat ayrılıb. Lakin “Muğan Bank” ödənişi həyata keçirmir. Bununla əlaqədar vətəndaşa verilən plastik kart bloklanıb. Səbəb kimi isə “vaxtında bank tərəfindən sizə kredit ödənişində güzəşt olunub” bəhanəsi gətirilir. Üstəlik, Zərniyar xanımdan ona ayrılan məbləğin 1/3 hissəsini – 200 manat tələb edirlər” – şikayətdə bildirilir.

Müraciətdə göndərilən rəsmi sənəddə bununla bağlı hansısa qeydiyyatın aparılmadığı deyilir.

“Həmin qadının 62 yaşı var, deyirlər ki, kimə istəyirsiniz şikayət edin. Bizim müəyyən yerlərə müraciətimizə baxmayaraq, problem həllini tapmayıb. Buna görə, aidiyyatı orqanlardan, qurumlardan kömək istəyirik. Əsassız şəkildə 200 manat tələb edilir. Xahiş edirik, 62 yaşlı qadına kömək edilsin” – sonda əlavə edilib.

Qeyd edək ki, bununla may ayında adı çəkilən bankda ikinci oxşar hadisə baş verir. Muğan Bank isə açıqlamasında məlumatı təkzib etmişdi.

Xatırladaq ki, problemli kreditlərin həlli ilə bağlı Prezident İlham Əliyev fevralın 28-də fərman imzalayıb.<iframe src='https://bax.tv/player/64521.html' width='560' height='315' frameborder='0' allowfullscreen></iframe>
Azərbaycan nefti ucuzlaşır


CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 29-da 71,15 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,27 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 70,3 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,29 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 67,58 dollar/barel təşkil edib ki, bu, əvvəlki göstəricidən 1,19 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 69,38 dollar/barel olub, bu da əvvəlki göstəricidən 1,05 dollar/barel azdır.
Nazir neft-qaz sektorundakı son vəziyyəti açıqladı:“İnvestisiyaların həcmi 36 milyard dollar təşkil edir“


Bu günə qədər “Azəri-Çıraq-Günəşli” (AÇQ) yatağından 485 milyon ton neft və 158 milyard kubmetr təbii qaz hasil edilib.

Bunu Azərbaycanın Energetika naziri Pərviz Şahbazov bu gün Bakıda keçirilən 26-cı Beynəlxalq “Xəzər Neft və Qaz” konfransında deyib.

Nazir qeyd edib ki, AÇQ yatağında bu günə qədər yatırılan investisiyaların həcmi 36 milyard dollar təşkil edir. /Trend