Son xəbərlər

Bakının tanınmış restoranında silahlı insident – Yaralılar var















Bakının Binəqədi rayonunda yerləşən “Çeşməli” restoranında yeyib-içən qohumlar arasında mübahisə güllələnmə ilə nəticələnib.

Nəticədə, iki nəfər xəsarət alıb.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov virtualaz.org-a faktı təsdiqləyib.

Onun sözlərinə görə, 37 yaşlı Elçin Nəbiyev əlin deşilmiş-kəsilmiş yarası diaqnozu ilə Klinik Tibbi Mərkəzə çatdırılıb, ikinci zərərçəkmiş – 44 yaşlı Vəli Nəbiyev isə kəllə-beyin travması alıb.

Yaralıların həyatı üçün təhlükə yoxdur.
Çılpaq videosu yayılan qız: “Namusu ətək altında qoruyan…”
















Bir neçə gün bundan əvvəl çılpaq videosu ilə müzakirə olunan 3 qadından biri sosial şəbəkə paylaşımı ilə diqqət çəkib. Şəxsi İnstagram hesabında status yazan qız qadın olmağın çətinliklərini bildirib.

Minval.info onun statusunu olduğu kimi təqdim edir:

”Günahdır Qadın olmaq”

Çünki hər kəsin sahib olmaq istədiyi bədənin var.
Qorumağa məcbur olduğun namusun, sevməyə məcbur olduğun adətlərin var… Adam kimi adam deyər hamı, amma qadın kimi qadın deyən olmaz, məsələn… əladı, “bomba”dı deyərlər tanımadan, bilmədən.

Soyuq olmalıdır hər zaman qadın, hisiyyatsız görünməlidir, hər zaman baxımlı olmalıdır, amma diqqət çəksə, qəbahətdir… Hər kəsin yanında yerini bilməlidir.
Sevsə, pis baxarlar, gülsə, pis baxarlar, əldə edə bilsələr, adi biri olarsan, əldə edə bilmədiklərində dedi-qodu mövzuları olarsan, qaralamağa başlayarlar… Susarsan, cahildir deyərlər, susmasan, dili uzun, həyasız deyərlər.

Kişi olmaq müsbət, qadın olmaq mənfidir.
Qadın hər zaman 1-0 geridədir… Bir şey bilməz, başı heç nədən çıxmaz… döyülməlidir ki, sözdən çıxmasın, qadın… Halbuki kişilərdir qadınları susmağa məcbur edən, danışmaq istədiklərində ağızlarının üstünə şillə vuran… kişilərdir namusu ətək altında qoruyan, ətək boyu ilə ölçən.

Kişilərdir bir mələyi şeytana çevirən… Qadını itirmək istəməz və onu ikinci planda tutar və digər qadına çata bilməsə, əlinin altındaki ilə idarə edər… Qadın qarışıq kimi görünər, amma istədiyi üç şey var:

Sevgi
Sədaqət
Ailə…”
Bakıda ana və qızın evdə meyiti tapıldı – İntihar, yoxsa qətl? – Təfərrüat














Suraxanı rayonunda ana və qızının asılmış meyiti tapılıb.

Oxu.az xəbər verir ki, bu barədə Suraxanı Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, hadisə martın 28-də, saat 12:30 radələrində baş verib. Meyiti tapılan şəxslər 40 yaşlı Saatlı sakini Qasımova Aidə Ələkbər qızı və onun 24 yaşlı qızı Qasımova Fatimə Daşqın qızıdır.

Hər ikisi bir neçə ay əvvəl kirayəyə götürdükləri evdə intihar edib.

Məlumata görə, ana və qızın meyitləri ölümdən beş gün sonra aşkarlanıb. İstintaq versiyasına görə, əvvəl qız özünü asıb, bunu görən ana dərdə dözə bilməyərək, eyni üsulla həyatına son qoyub.

Qeyd olunur ki, Fatimə Qasımova bir müddət əvvəl həyat yoldaşından ayrılıb. Onların kirayə mənzilə köçmələri də boşanma ilə əlaqədardır. Prokurorluq bir neçə versiyanı nəzərdən keçirsə də, hələlik bu barədə məlumat verilmir.

Mərhumların yaxınları onu da iddia edir ki, onlar özlərini öldürməyib, öldürülüb və daha sonra intihar etdikləri mənzərəsi yaradılıb.

Suraxanı Rayon Prokurorluğu baş vermiş ikili intihar hadisəsini araşdırır.

Nərimanov rayonunda motosiklet aşıb və bir nəfər xəsarət alıb.

ONA-nın məlumatına görə, yol-nəqliyyat hadisəsi ötən gün Bağırov körpüsü kimi tanınan yerdə baş verib.

1991-ci il təvəllüdlü Rəhimli Vüqar İlqar oğlu idarəetdiyi motosikleti aşırıb.Nəticədə o xəsarət alıb.
Yaralı xəstəxanaya yerləşdirilib.

Fakt Nərimanov Rayon Polis İdarəsində araşdırılır.

 

Dələduzluqda ittiham edilən şəxslər hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rüşvət verməyə təhrik etmədə təqsirləndirilən Əli Nəcəfov və Vüsal Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Əli Qurbanov ifadə verib.

O deyib ki, polis işləyən oğlunu akademiyaya işə düzəltmək üçün 45 min pul istəyiblər. O, təqsirləndirilən Əli Nəcəfova 38 min verdiyini deyib.

Qeyd edib ki, iş alınmasından sonra aldadıldığını bilib. Əli Qurbanov pulunun 20 min manatının geri qaytarıldığını deyib.

Məhkəmə iclasında şahid qismində Əyyam Abdullayev də ifadə verib. O söyləyib ki, qohumunu polis akademiyasına düzəltmək üçün 45 min şirinlik verib və həmin pul geri qaytarılmayıb.

Növbəti məhkəmə iclası aprelin 5-nə təyin edilib.

İttiham aktına əsasən, Ə.Nəcəfov Nərimanov Rayon Polis İdarəsində işləyən zaman bir neçə vətəndaşdan pul alaraq onları Daxili İşlər Nazirliyində işə düzəldəcəyi vədini verib.

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşı olmuş V.Əliyev isə öz qohumunu işə düzəltmək adı ilə ondan 9 min manat pul alıb Ə.Nəcəfova verib. Daha sonra hər iki şəxs verdikləri vədlərə əməl etməyiblər.

Vətəndaşların şikayətindən sonra Əli Nəcəfov ölkə xaricinə qaçıb. "İnterpol" xətti ilə axtarışda olmuş Əli Nəcəfov Ukraynada saxlanılıb və Azərbaycana ekstradisiya edilib.

Qeyd edək ki, Ə.Nəcəfovla V.Əliyevin barəsində Cinayət Məcəlləsinin 34, 312-ci (rüşvət verməyə təhrik etmə), 178-ci(dələduzluq) maddələri ilə ittiham irəli sürülüb. V.Əliyevin barəsində həbs qətimkan tədbiri seçilməyib. O, ev dustaqlığındadır.

İş üzrə digər zərərçəkmişlər də yaxınlarını işə düzəltmək üçün təqsirləndirilən şəxslərə pul veriblər.

Bakıda tükürpədici olay: ana və qızının asılmış meyitləri tapıldı














Azərbaycanda tükürpədici hadisə baş verib.

BakuPost-un əldə etdiyi məlumata görə, Bakının Yeni Suraxanı qəsəbəsində ana və qızının yaşadıqları evdə meyitləri tapılıb.

Məlumata görə, 24 yaşlı Fatimə və anası Aidə 6 ay əvvəl Sabirabad rayonundan Bakıya köçüblər. Onlar Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsi, döngə 5-də kirayə ev tutub yaşamağa başlayıblar.

Ötən həftə isə ailənin dəhşətli faciəsi ortaya çıxıb. Belə ki, ana-qızdan bir neçə gün xəbər çıxmadığını görən yaxınları onların yaşadığı evə gəlib və qan donduran mənzərə ilə rastlaşıb. Evdə onların hər ikisinin asılmış meyitləri tapılıb.

Hüquq-mühafizə orqanlarından əldə etdiyimiz məlumata görə, 24 yaşlı gənc qız anasından əvvəl ölüb. Onun meyiti evin ortasında sərilmiş və üzü örtülmüş vəziyyətdə olub. Ananın meyiti isə tavandan asılmış halda aşkarlanıb. Kriminalistlər müəyyənləşdirib ki, hadisə 5 gün əvvəldən baş verib və ana-qızın meyitləri 5 gün ərzində evdə qalıb.

İlkin ehtimallara görə, ana-qız özlərini asaraq intihar edib. İntihar aktını isə əvvəlcə qız həyata keçirib.

Mərhumların yaxınları onu da iddia edir ki, onlar özlərini öldürməyib, öldürülüb və daha sonra intihar etdikləri mənzərəsi yaradılıb.

Qeyd edək ki, 24 yaşlı Fatimə Bakıda ingilis dili müəllimi işləyib. Onun anası Aidə həyat yoldaşından boşanıb. Ana-qız birlikdə yaşayırmış.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Bakıda xəstənin qarnından nəhəng mioma çıxarılıb















Azərbaycan Tibb Universitetinin (ATU) Onkoloji Klinikasına müraciət edən xəstənin qarın boşluğundan nəhəng ölçülü törəmə çıxarılıb.

E-tibb.az xəbər verir ki, həkimlər nazik bağırsağa birləşən parazitar miomanı ətraf toxumalardan uğurla ayırmağa nail olublar.

Əməliyyatı aparan Onkoloji Klinikanın həkimi Əkbər İbrahimovun sözlərinə görə, 55 yaşlı xanım Ukraynadan gəlib. USM VƏ KT ilə müayinə zamanı onun qarın və çanaq boşluğunu bütünlüklə dolduran, uşaqlıq mənşəli, 35 sm ölçüsündə abdominal-pelvik törəmə aşkarlanıb.

Çəkisi 125 kq olan xəstə həmçinin piylənmədən əziyyət çəkib. Onda DVT (aşağı ətrafların dərin venoz trombozu) və PE (ağciyər trombemboliyası) anamnezi mövcud olub.

Xəstədə laparotomiya əməliyyatı icra olunub. Əməliyyat zamanı nazik bağırsaqlardakı damarlar vasitəsilə zəngin qidalanmış nəhəng parazitar miomaların olduğu müəyyənləşdirilib. Həkimlər xəstənin nazik bağırsağına və mezosuna zərər vermədən, törəməni bütün şəkildə ətraf toxumalardan ayırıb çıxarıblar. Xəstə əməliyyatdan üç gün sonra evə yazılıb.
Bakıda universitet yataqxanasının həyətində qan düşdü — MƏHKƏMƏ














Tanışına 3 bıçaq xəarəti yetirməkdə təqsirləndirilən Musa Nuşirəvan oğlu Şahverdiyevin məhkəmə prosesi davam edir.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi bu gün təxirə salınıb.
Növbəti məhkəmə iclasının vaxtı hələlik təyin olunmayıb. 

Qeyd edək ki, hadisə 2018-ci ilin iyun ayında Binəqədi rayonu ərazisində yerləşən Slavyan Universitetinə məxsus 2 saylı yataqxanasının həyətində qeydə alınıb.
Şahverdiyev Musa Nuşirəvan oğlu tanışı Atakişiyev Elvin Məhərrəm oğlunu bıçaqlayıb. Yaralı gənc təcili olaraq xəstəxanaya çatdırılıb və əməliyyat olunub. Məlum olub ki, E. Atakişiyev 3 bıçaq xəsarəti alıb. Reanimasiya şöbəsinə yerləşdirilən yaralının həyatını xilas etmək mümkün olub.
Hadisəni törədən şəxs isə saxlanılaraq Binəqədi RPİ-nin İstintaq Şöbəsinə təhvil verilib. Faktla bağlı cinayət məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.
Sabah hava yağmursuz olacaq














Aprelin 4-nə gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz 11-15, Bakıda gecə 6-8, gündüz 13-15 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 60-65 faiz olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin bəzi qıraq qərb rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti təşkil edəcək.
Həmcinsi ilə intim videosu yayılan azərbaycanlı idmançıdan daha bir qalmaqallı video – FOTO














Taekvondo üzrə milli komandanın keçmiş üzvü, bir sıra beynəlxalq yarışların mükafatçısı Nicat Fərəcovun növbəti qeyri-etik videosu yayılıb.

Sosial şəbəkədə səbəbsiz izlənən şəxslərdən biri olan keçmiş idmançı narkotik istifadə etməsini videoya çəkib. Video onun ciddi tənqid olunmasına yol açıb və Fərəcov onlara, “mən Azərbaycanın fəxriyəm” deyib.

Tənqidlər təhqirlə əvəz olunduqdan sonra qarşılıqı söyüşlər başlayıb. İdmançı daha sonra videonu silsə də, görüntülər sosial şəbəkədə yayılıb. Bu, Nicatın ilk qalmaqallı videosu deyil. Keçmiş taekvondoçu başqa bir görüntü ilə də gündəmə gəlmişdi. Belə ki, Nicat Fərəcov həmcinsi ilə intim münasibətdə olarkən videosu yayılmışdı. Həmin video hələ də bəzi porno saytlarda yer alır.

Bir müddət öncə “Erməni bayrağını yandırmışam, ona görə də məni burada tutublar” deyən N.Fərəcovun yalanı bir müddət sonra ortaya çıxıb. Sən demə hazırda yaşağıdı Dubay şəhərində davranışları ucbatından saxlanılıb.