Son xəbərlər

Bu günün HAVASI














Bu gün ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yelərdə zəif duman. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 7-9° isti, gündüz 13-16° isti, Bakıda gecə 7-9° isti, gündüz 14-16° isti təşkil edəcək.
Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gündüz saatlarında bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə
5-10° isti, gündüz 16-21° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti təşkil edəcək.
Özünü məktəb binasından atan şagirdin ürək dağlayan görüntüləri yayıldı – Video














Özünə qəsd edən 162 saylı orta məktəbin şagirdi Elina Hacıyevanın xəstəxanada vəfat etdikdən sonra lentə alınan görüntüsü yayılıb.

Video “1 xeber” Youtube kanalına yerləşdirilib.

Görüntüdə onun yaxınlarının başı üstündə duraraq ağladığı görünür.

Həmçinin oxu: Məktəbli qızın intihar hadisəsi böyüyür – Gizli qalan məqamlar

Qeyd edək ki, aprelin 4-də Bakı şəhəri Səbail rayonu Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyeva məktəbin 3-cü mərtəbəsindən özünü ataraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, 1 saylı Şəhər Klinik Xəstaxanasına yerləşdirilib. Elina aprelin 6-da xəstaxanada vəfat edib.<iframe width="425" height="325" src="https://www.youtube.com/embed/Ael-3yBOZOE" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></iframe>
Uşaqlarına qarşı ən böyük cinayətlər: saatlarla məşq…














Bəzən valideynlər övladlarına həyat mənbəyi deyil, gəlir mənbəyi kimi yanaşırlar. Saatlarla onları məşqlərə, çəkilişlərə aparıb güclərini tükədirlər. Artıq çəki almasınlar deyə günlərlə yarımac saxlayırlar.

Tarix boyu axtalamadan sonra gənclərdə daha güclü, zəngin səs formalaşıb.

Amma dövrümüzdə bu tibbi prosedur qadağan olunub. Maykl Ceksonun uşaqlıqdan ona həm mənəvi, həm fiziki şiddət göstərən atası bu prosesi qanuni yolla gerçəkləşdirməyə can atırdı. Övladının yeniyetməlik dövründə səsi tutulmağa başlamadan, ona cinsiyyət orqanını axtalayan iynələr vurdurdu. Maykla bu iynələrin onu sızanaqlardan qoruyacağı deyilirdi.

Maykl və Hizer adlı cütlük də varlanmaq üçün öz övladlarını hədəf seçmişdilər. Həssas övladlarına mənəvi işgəncə verib videolar çəkir, yutub kanallarına yükləyirdilər. Kodi adlı oğullar üzərində bu mənfi təsir daha çox hiss olunurdu. Ev təmiz olduğu halda Kodini otaqları dağıtmaqda cəzalandırırdılar. Ağlayan balacanın həyəcanını 800 mindən çox insan izləyirdi. Valideyn vəhşiliyindən narahat olan insanlar artıq polisə müraciət edirdilər.

Maykl və Hizer kamera önündə övladlarına verdikləri əziyyətin sadəcə ssenari olduğunu bildirsələr də, məhkəmə onları valideyn hüquqlarından məhrum edib uşaqların himayəsini doğma analarına verir. Uşaqlar əvvəlki sakitliyə və rahatlığa qovuşurlar. Həmçinin məhkəmə prosesində məlum olur ki, azğınlaşmış cütlük azyaşlıların göz yaşları hesabına ayda 20 000 dollar qazanırmışlar. (publika.az)
Abşeronda 39 yaşlı kişi özünü yandırıb














Abşeron sakini özünü yandırıb.

ONA-nın məlumatına görə, hadisə rayonun Qobu qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1980-cı il təvəllüdlü Məmmədov Musa Tofiq oğlu ailə münaqişəsi zəminində özünü yandırıb. Nəticədə o, aldığı yanıq xəsarətlərindən dünyasını dəyişib.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Bakıda özəl klinikada ölüm hadisəsi baş verib














Bakıda özəl klinikalardan birində ölüm olub.

ONA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində yerləşən “Real” hospitalda qeydə alınıb.

Orada müalicə alan, 1972-ci il təvəllüdlü Mehman Həsən oğlu Həsənov qəfildən ölüb.

Daxil olan məlumat əsasında rayon Prokurorluğu və rayon Polis İdarəsi əməkdaşlarının iştirakı ilə hadisə yeri və meyitə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib.

Faktla bağlı Yasamal rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Bakıda həbsxanada məhkumlar arasında kütləvi dava — Xəsarət alanların SİYAHISI














Bakıda cəzaçəkmə müəssisində dustaqlar arasında kütləvi dava düşüb.
Report xəbər verir ki, hadisə Xəzər rayonunda yerləşən 2 saylı Cəzaçəkmə Müəssisəsində qeydə alınıb.

Dava zamanı dustaqlar Sərvan Ramazanov, Elməddin Nəcəfov, Samir Məmmədov, Vüqar Şirinov, Ayəddin Şahbazov və Vüsal Allahverdiyev xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Ata və oğul “zaryadka”ya görə idmançını öldürdülər — Sumqayıtda qanlı cinayət














Sumqayıtda idmançının ölümünə səbəb olan Əhəd İsmayılov və onun oğlu Ramil İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi aprel ayının 8-nə təyin olunub.

Qeyd edək ki, hadisə şəhərin 21-ci məhəlləsində baş verib. Dava zamanı Sumqayıt şəhər sakini olan iki nəfər - 1992-ci il təvəllüdlü Həbibov Rasif Asif oğlu və 1988-ci il təvəllüdlü Dadaşov Samir Tahir oğlu bıçaqlanıblar. Yaralılar dərhal xəstəxanaya çatdırılıb.

Lakin 4 gündən sonra R.Həbibov xəstəxanada dünyasını dəyişib.

Hüquq-mühafizə orqanların əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən ata-oğul Ramil və Əhəd İsmayılovlar saxlanılıb.
Hadisədə iştirak edən şəxslər qonşu olublar. 

R.İsmayılov ifadəsində bildirib ki, hadisədən əvvəl "PES" klubda mərhum Rasif Həbibovla mübahisə edib: 
"Mən uşaqlarla klubda "playstation" oynayırdım. Telefonum isə "zaryatka"da idi. Bu zaman Rasif kluba daxil olub, mənim telefonumun "adaptır"ını çıxarıb, öz telefonunu "zaryatka"ya qoydu. Ondan səbəbini soruşanda başıma sillə ilə vurub, yaxşı etdiyini söylədi. Sonra Rasif məni söyüb, döydü. Bizi oradakı uşaqlar ayırdı, ağlayıb evə getdim. Atam evdə yatmışdı. Onu yuxudan oyadıb, Rasifin məni təhqir edib, döydüyünü bildirdim. Atama deməyimin səbəbi isə bizi barışdırmaq idi. Çünkü Rasiflə atamın və qardaşımın münasibətləri daha əvvəl yaxşı olub. Sonra atamla birlikdə Rasiflə görüşməyə getdik".

Təqsirləndirilən şəxsin sözlərinə görə, "Yaşıl çay evi"ndə dostları ilə birgə olan R.Həbibova avtomobilə minməsini təklif ediblər:

"Rasifin yanında bir neçə çəxs var idi. Atam Rasifə dedi ki, maşına minsin, onunla söhbət edəcək. Bu zaman onun dostu Samir də avtomobilə mindi. Samiri aravuran adam kimi tanıyırdım. Onun maşına minməsini istəmirdim. Lakin Samir zorla maşına mindi. Yolda atam Rasifdən məni nəyə görə döydüyünü soruşdu. Bu zaman Samir dilləndi ki, "Ramil uşaqlıq edib". Hər dəfə atam Rasifə sual verdikcə Samir özünü ortaya atırdı. Sonra avtomobili kənara çəkib, yerə düşdük. Yerə düşən kimi Samir məni yumruqla vurdu, Rasif isə atamı döyməyə başladı. Mən həmin zaman şokda idim. Yerdən qalxıb, tez maşından bıçağı götürdüm. Fikrim onları qorxutmaq idi. Bıçağı onlar tərəfə uzatdım, sonra hər iki şəxs bizdən uzaqlaşdı. Biz də maşına minib evə gəldik".

R.İsmayılov bildirib ki, bıçağı hadisədən sonra dənizə atıb.

Faktla bağlı Sumqayıt Prokurorluğundan Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkənin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib
Azərbaycanda 38 yaşlı vəzifəli şəxs qəfil öldü – FOTO














Azərbaycan Respublikası Dövlət Məşğulluq Xidmətinin Şəmkir rayon şöbəsinin əməkdaşı qəfil vəfat edib.

Publika.az xəbər verir ki, idarənin aparıcı məsləhətçisi, 1981-ci il təvəllüdlü Əliyev Elşad Əli oğlu bu gün qəfil dünyasını dəyişib.

Məlumata görə, 3 gün əvvəl özünü pis hiss edən E.Əliyev idarənin rəhbərliyindən icazə alıb. Bu gün qəfil komaya düşən 38 yaşlı məmur dünyasını dəyişib.Azərbaycanda 38 yaşlı vəzifəli şəxs qəfil öldü – FOTO
Bakıda yenidən bir gecədə avtomobillərə hücum oldu – Foto, Video














Bakıda iki avtomobildən oğurluq edilib.

ONA-nın xəbərinə görə, ötən gecə “Subaru” və “BMW” markalı avtomobillərin şüşələri sındırılıb.

“Subaru” markalı avtomobilin sahibi Məmmədova Səidə Rəşid qızının verdiyi məlumata görə, onun avtomobilinin sol arxa şüşəsi sındırılıb və avtomobildə olan əl çantası oğurlanıb. Zərərçəkmiş çantanın içərisində 600 dollar, 200 manat məbləğində nağd pulun və qızıl-zinət əşyalarının olduğunu deyir.
S.Məmmədova bununla bağlı Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə müraciət edib. Bölmənin əməkdaşları avtomobilin üzərində ekspertiza işləri aparıb və barmaq izləri götürülüb.

Sözügedən ərazidə daha bir oğurluq faktı qeydə alınıb. Ad-soyadı açıqlanmayan xanım sürücüyə məxsus “BMW” markalı avtomobil də qarət edilib. Avtomobilin şüşəsi sındırılıb, salonda olan 700 dollar məbləğində pul oğurlanıb.

Hər iki faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparır.
Bu gün 22 dərəcə isti olacaq















Azərbaycanda bu günə gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, aprelin 5-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 7-9, gündüz 13-16, Bakıda gecə 7-9, gündüz 14-16 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 60-65 faiz olacaq.
Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi qıraq qərb rayonlarında yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 17-22 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, aprelin 5-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü, iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əlverişlidir.