![]() |
![]() |
Pirallahı rayonunda Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə əsasən koronavirus pandemiyası təhlükəsinə qarşı mübarizə tədbirləri mütəmadi olaraq davam etdirilir.
“Millidestek.az” xəbər verir ki, rayonda genişmiqyaslı dezinfeksiya işləri fasiləsiz olaraq davam etdirilir. Dezinfeksiyaedici məhlullarla gün ərzində iki dəfə olmaqla rayonun magistral və məhəllədaxili yolları, çoxmənzilli yaşayış binaları, qeyri-yaşayış obyektləri, həyətlər, fərdi yaşayış evləri mütəmadi olaraq dezinfeksiya olunur. Bu işlərin həyata keçirilməsi üçün Pirallahı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə 60-dan çox canlı qüvvə cəlb olunmuşdur. Dezinfeksiya işlərinə cəlb olunmuş işçilərin hər biri lazımi püskürücü texnika, ləvazimatlar, xüsusi geyim formaları ilə təmin edilib. Onlara texnika və ləvazimatlardan istifadə qaydaları izah olunub. Aparılan dezinfeksiya işləri gündəlik nəzarətdə saxlanılır.
Rayon ərazisində koronavirus pandemiyasının qarşısının alınması məqsədilə görülən maarifləndirmə tədbirlərinə baxmayaraq xüsusi karantin rejiminin tələblərini pozan şəxslər də olur ki, onlar barəsində Rayon Polis Şöbəsi tərəfindən tədbirlər davam etdirilir.
Bunlarla yanaşı RİH tərəfindən rayon ərazisində məskunlaşan 65 və yuxarı yaş həddində olan və tənha yaşayan şəxslərin qeydiyyatı aparılıb, onların evlərindən çıxmalarının qarşısının alınması məqsədilə 6 operativ qrup yaradılıb. Qrup üzvləri hər gün tənha yaşayan 65 yaşdan yuxarı insanlarla telefon əlaqəsi saxlayaraq, onların ehtiyaclarını öyrənir və qrupların işinə cəlb olunmuş 15 nəfər könüllü vasitəsilə onların ərzaq, dərman və digər ehtiyaclarının ödənməsində köməklik göstərirlər.
Xüsusi karantin rejimi dövrü ərzində rayon icra hakimiyyəti tərəfindən rayon ərazisində məskunlaşan 450-dən çox aztəminatlı ailəyə, tənha və ahıl insanlara ərzaq bağlamaları paylanılıb. Sosial yardımlar sakinlərə evlərində çatdırılıb. Qeyd edək ki, RİH tərəfindən aparılan qeydiyyata əsasən rayon ərazisində 80-ə yaxın yaşı 65-dən yuxarı olan şəxs və 500-ə yaxın aztəminatlı ailə müəyyən edilmişdir. Onlara göstərilən yardımlar vaxtaşırı olaraq davam etdiriləcək.
Rayon ərazisində koronavirus pandemiyası ilə bağlı zərərçəkən işsiz şəxslər üçün nəzərdə tutulan yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin 427 nəfərə verilməsi nəzərdə tutulub ki, onlardan 62 nəfərinə artıq ödəmələr həyata keçirilib.
Koronavirus (COVİD - 19) infeksiyasının ölkədə yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Nizami rayonunda təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi daha da gücləndirilib.
Rayon ərazisində qrafikə uyğun olaraq küçə və prospektlər, yol kənarlarında piyada səkiləri, yeraltı keçidlər, avtobus dayanacaqları, ticarət və xidmət obyektləri, sərbəst bankomatlar və ödəniş terminalları, eləcə də məhəllələr, oturacaqlar və söhbətgahlar, yaşayış binaları, məişət tullantıları konteynerləri, həmçinin bazarların əraziləri hər gün bağlandıqdan sonra işçi qruplar tərəfindən dezinfeksiya olunur.
Görülən işlərlə bərabər, virusa yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə mobil qrupların fəaliyyəti gücləndirilib.
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Nizami rayonunda zəruri tədbirlər davam etdirilir.
Rayon ərazisində gündəlik olaraq qrafikə uyğun dezinfeksiya işləri aparılır, eyni zamanda maarifləndirici tədbirlər görülür, vətəndaşlarla söhbətlər aparılır, onların özlərinin və yaxınlarının sağlamlığı üçün xüsusi karantin rejiminin qaydalarına riayət etmələri, özünütəcrid tədbirlərinə uyğun davranmaqları tövsiyə edilir.
Bundan əlavə, Nizami Rayon İcra Hakimiyyəti YAP Nizami rayon təşkilatı ilə birgə xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq evdən çıxmaları qadağan olunan yaşı 65-dən yuxarı olan tənha yaşayan şəxslərə və aztəminatlı ailələrə yardım göstərir.
08 aprel 2020-ci il tarixində Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Rayon İcra Hakimiyyəti başçısı aparatının və YAP Nizami rayon təşkilatının əməkdaşları könüllülərlə birgə yaşı 65-dən yuxarı olan 50 nəfər tənha şəxsə və aztəminatlı ailəyə baş çəkərək onlara ərzaq bağlamaları paylayıblar və yaşlı insanlarla maarifləndirici söhbətlər apararaq sağlamlıqlarının qorunması üçün evdə qalmalarını və gigiyena qaydalarına ciddi əməl etmələrini tövsiyə ediblər.
Rayon sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Son illər rayonda həyata keçirilmiş işlər həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə görə miqyaslı, konkret və ünvanlıdır. Rayon icra Hakimiyyətinin başçısı Arif Qasımov üzərinə düşən məsuliyyəti düzgün qiymətləndirməklə, öz fəaliyyətini dövlət başçısının yeritdiyi çevik və səmərəli inkişaf strategiyasının mahiyyətinə uyğun qurmağa, idarəetmədə mütərəqqi prinsipləri tətbiq etməyə, qarşıda duran vəzifələri dəqiq müəyyənləşdirməklə vaxtında və düzgün icrasına nail olmağa çalışır.
Rayonun qazandığı uğurların xülasəsini qısaca aşağıdakı kimi səciyyələndirmək mümkündür: Prezidentin tapşırıq və tövsiyələri dönmədən həyata keçirilir, abadlıq-quruculuq işlərinin miqyası daha da genişlənir, çoxşaxəli istehsal sahələri yaradılır, sosial problemlərin həlli istiqamətində arzulanan nəticələr əsasən əldə edilir, əhali ilə qarşılıqlı əlaqənin möhkəmləndirilməsi və onların qayğılarının öyrənilməsi istiqamətində əməli və təsirli tədbirlər həyata keçirilir.
"Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair qəbul edilmiş dövlət proqramlarının icrası nəticəsində Bakının qəsəbə və kəndlərində uğurlu infrastruktur layihələri həyata keçirilmiş, kommunal və sosial xidmətlərin həcmi və keyfiyyəti daha da yaxşılaşmış, abadlıq işləri geniş vüsət almış, əhalinin həyat səviyyəsi daha da yüksəlmişdir. Bu gün başlıca vəzifələrdən biri müvafiq dövlət proqramları çərçivəsində görülmüş işlərin davam etdirilməsindən və şəhərətrafı qəsəbələrin və kəndlərin sakinlərinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasından ibarətdir. Bu gün sürətli sosial-iqtisadi inkişafı ilə bütün dünyanı heyran qoyan, Azərbaycanın yüksəlişində son illər, sözün həqiqi mənasında, bir uğur simvoluna çevrilmiş Bakı şəhəri Nizami rayonunun da sanballı payı var. Nizami rayonu paytaxtın ən kiçik rayonu olmasına baxmayaraq, burada əhalinin sıxlığı kifayət qədər yüksəkdir. Bunun səbəblərindən biri də burada vətəndaşların işlə təmin olunması istiqamətində RİH-in apardığı məqsədyönlü siyasətdir. Tapşırılan vəzifəyə məsuliyyətli münasibəti ilə seçilən, fəal vətəndaş mövqeyindən doğma yurdun hər qarışını cənnətə döndərmək üçün ürəyinin odunu əsirgəməyən, bütün yaradıcılıq enerjisini abadlığa, quruculuğa, əhalinin həyat tərzini hər vasitə ilə yaxşılaşdırmağa, sosial problemlərin uğurlu həllinə sərf edən Arif Qasımovun fədakarlığı sayəsində Nizami Rayonu müsbət mənada tanınmaz görkəm alıb.
Dövlətin davamlı və yetərli qayğısı sayəsində bu bərəkət diyarının barı, bəhəri aşıb-daşır. Əhalinin dolanışığı müqayisəedilməz dərəcədə yaxşılaşıb. Rayon mərkəzinin siması sürətlə dəyişib, gözəlləşib. Sosial qayğıların uğurlu həlli adamları daha nikbin edib, onların işıqlı sabahlara olan ümidlərini qat-qat artırıb. Elektrik enerjisi, təbii qaz, içməli su ilə bağlı məişət çətinlikləri indi yaddaşların acı xatirəsinə çevrilib.
Müşfiq Kişiyev
Asif müəllim, Qlobal pandemiya elan olunmuş koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə bu gün ölkəmizdə dövlət və cəmiyyət tərəfindən həyata keçirilən tədbirləri necə qiymətləndirirsiniz? Özünütəcrid və “evdə qal” kampaniyaları ilə bağlı vətəndaşlarımıza nələri çatdırmaq istərdiniz?
Koranavirus İnfeksiyasının qlobal pandemiya elan olundugu vaxtan bəri Azərbaycanda həmn istər dövlət, hökümət tərəfindən, istər eyni zamanda cəmiyyətin özünün müxtəlif təbəqələri və strukturları tərəfindən bir çox qabaqlayıcı mübarizə tədbirləriniə start verilb. Burada Azərbaycan dövlətinin, xüsüsən də cənab Prezidentin bu işə cox mobil şəkildə reaksiyası, höküməti bu işə səfərbər etməsi və atdığı adımlar həqiqətən də cəmiyyət tərəfindən yüksək qiymətləndirilməkdədir. Başqa ölkələrin nümünəsində biz gördük ki, məsələn avropa ölkələrində bu işə bir qədər ciddi yanaşmamaları ağır nəticələrə gətirib cıxartdı. Amma Azərbaycan cəmiyyətində bunun qarşısının alması istiqamətində, dövlətin atdığı addımlar – qısa bir vaxtda Operativ Qərargahın yaradılması, dövlətin, hökümət üzvlərinin bu işə cəlb olunması, Operativ Qərargahın aldığı qərarlar, atılan digər addımlar təbi ki, bu sahədə bizim ölkədə bu infeksiyanın geniş yayılmasının qarşısının alınmasının efektivliyini artırdı. Mən xüsusulə onu qeyd edə bilərəm ki, “Evdə qal” və sosial izolyasiya baxımından atılan addımlar öz efektivliyini verir. Məsələn hakimiyyət tərəfindən qısa vaxtda təhsil müəssələrinin bağlanması, bununla bağlı onlayn təhsilə kecilməsi, eyni zamanda dövlət strukturlarının, digər sahələrdə işləyən işcilərin fəaliyyətinin qayandırılması və izolyasiya olunması, yalnız həyati əhəmiyyəti olan müəssələrin fəaliyyətlərinə icazənin verilməsi, eyni zamanda dövlət tərəfindən ehtiyacı olan insanlara sosial yardım göstərilməsi üzrə tədbirlər planının hazırlanması diqqətə layiq hal oldu. Dörd istiqamət üzrə işci qrupların yaradılması və hər bir işci qrup tərəfindən özəl sektorda müxtəlif sahələri əhatə edən, eyni zamanda zərər cəkmiş sahələrdə olan insanların müəyyənləşdirilməsi və onlara dövlət yardımının göstərilməsi, hökümət tətəfindən qısa bir vaxtda koronavirusa qarşı mübarizə fondunun yaradılması və cənab Prezident tərəfindən 2,5 milyarda yaxın vəsaitin pandemiya ilə mübarizə məqsədlərinə ayrılması cox böyük yanaşmadı. Təsəvvür edin ki, başqa ölkələrlə müqayisədə ayrılan vəsait ümumi daxili məhsulun 3 faizindən də artıq məbləğ təşkil etdi. Başqa ölkələrdə 1, 2 faiz təşkil etdiyyi halda, Azərbaycanda 3 faizdən də artıq göstərməsi zərər görmüş insanlara, özəl və digər strukturlara, fəaliyyəti məhdudlaşdırılmış digər sahələrin insanlarına qayğının göstəricisidir.
Vətəndaşlarımızın böyük əksəriyyətinin sosial izolyasiya ilə bağlı məsələlərə ciddi yanaşmalarına rəğmən, təəssüf ki, bəzi insanlarımızın qaydaları bilərəkdən və ya bilməyərəkdən pozduqları hallar da var. Amma bunlar az bir qismidir. Cəmiyyətimizin həmrəylik nümayiş etdirməsi, birlik nümayiş etdirməsi təqdirəlayiq haldır. İnsanlarımıza bir daha səslənib deyirik ki, evdə qalmaqla əzizlərinizi uşaqlarınızı, insanları qorumuş olursuz. Eyni zamandada cəmiyyətimizə sağlamlıq ücün dəstək vermiş olursuz.
Ölkə Prezidenti cənab İlham Əliyevin VI çağırış Milli Məclisin açılış sessiyasındakı çıxışında, eləcə də Novruz bayramı münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrik çıxışında ölkədə yeni siyasi dövrün başlanması, siyasi partiyaların dövlətçilik mövqeyindən çıxış etməli olduqları və iqtidar-müxalifət dialoqunun formalaşmasının zəruriliyi ilə bağlı söylədiyi fikirlərindən sonra ölkədə fəaliyyət göstərən siyasi partiyaların fəaliyyəti, eyni zamanda Prezident Administrasiyasında yeni yaradılmış “Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr” şöbəsinin fəaliyyətini necə qiymətləndirirsiniz?
Cənab Prezidentimizin yeni secilmiş VI cağrış Milli Məclisin ilk acılış iclasında söylədiyi fikirlər, o cümlədən Azərbaycanda yeni siyasi mühitin, siyasi eranın yaranmasını elan etməsi, Azərbaycanda bütün müxalif qüvvələrə, bütün siyasi partiyalara müraciət etməsi və onları həmrəyliyə dəvət etməsi cox böyük bir jestdir, syasi iradənin ortaya qoyulmasıdır. Maraqlıdır ki, cənab Prezidentimiz bununla da Azərbaycanda siyasi partiyalarla dövlətin, hökumətin əməkdaşlığının yüksək səviyyədə olduğunu göstərdi. Dövlət başçısı bu müraciətində də, Novruz bayramında xalqa müraciətində də bir daha bu fikri səsləndirdi ki, Azərbaycan dövləti siyasi partiyaları özünə düşmən yox, tərəfdaş görür, əməkdaşlıq partnyoru görür və cəmiyyəti maraqlandıran istənilən sahələrdə əməkdaşlıq etməyə, onların fikirlərini dinləməyə hər zaman hazırdır. Azərbaycanda ilk dəfə olaraq Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsini yaradılması özü də əyani nümunədir ki, dövlət siyasi partiyalarla, qanunverici hakimiyyətdə təmsil olunan bütün siyasi qüvvələrlə əməkdaşlığa hazırdır.
Yeni formalaşmış Milli Məclisin rəhbər heyətində bütün mandat qazanmış siyasi partiyaların təmsil olunmasını necə qiymətləndirirsiniz? Qanunvericilik hakimiyyətinin gələcək fəaliyyətini necə görürsünüz?
Yeni formalaşmış Milli Məclisin rəhbər heyətində bütün mandat qazanmış siyasi partiyaların təmsil olunması böyük nailiyyətdir. Baxın, ilk dəfə olaraq Azərbaycanda parlament rəhbərliyində, sədarətində müxalif partiyanın nümayəndəsinin kürsü tutması, komitə sədri olması, bir cox partiya nümayəndələrinin komitə sədrlərinin müavini vəzifəsi tutması bir daha onu göstərir ki, Milli Məclisin gələcək fəaliyyətində səmərəli şəkildə qarşılıqlı əməkdaşlıq hökm sürəcək.
Aprel ayının 6-da Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin yaradılmasının əhəmiyyətini, eləcə də dövlət başçımız tərəfindən növbəti humanist addım olaraq 65 yaşdan yuxarı məhbusların azadlığa buraxılmaları barədə verdiyi qərarını necə qiymətləndirirsiniz?
Qısa bir vaxtda dövlət başcısının bu işə ciddi şəkildə yanaşması, hökumətə verdiyi tapşırıqlar əsasında Sumqayıt Kimya Sənaye Parkında müasir standartlara uyğun tibbi maska istehsalı müəssəsisi açıldı. Keyfiyyətli avadanlıqların alınması, xammalın gətirilməsi, Azərbaycanda bu gün daxili tələbatı ödəyəcək, eləcə də gələcəkdə başqa ölkələrə ixracı nəzərdə tutan belə bir zavodun acılması həqiqqətən də dövlət başcısının hökumət qarşısında qoyduğu vəzifələri hökumətin də qısa bir vaxtda çox səmərəli və operativ şəkildə həyata kecirməsinin nümayişi oldu. Eynu zamanda bir daha cənab Prezidentimiz insanlarımıza qayğının əsas prioritet istiqamət olduğunu göstərdi. Eyni zamanda 65 yaşdan yuxarı insanların, risk qrupunda olan insanların qorunması, təkcə evdə oturan insanların deyil, yəni məhbus həyatı yaşayan insanların da azad olunması barəsində verdiyi sərəncamı həqiqqətən də dövlət başçımızın humanist bir insan olduğunu və humanist addım atmağa hər zaman hazır olduğunu göstərir. Cənab Prezident hər zaman özünün hümanist siyasətilə bir örnək olub. Dövlət başçımızın qayğısı bütün vətəndaşların sağlam yaşam mühitinin qarantı kimi qiymətləndirilməlidir. Dilqəm Əliyev Gununxeberiaz
“Bu ağır təhlükənin qarşısında vətəndaş cəmiyyəti də dövlət başçımızın çağırışlarına dəstək olaraq öz sözünü deməkdədir” – Yeganə Sultanova, “Azərbaycan Diabet Liqası” İB-nin sədri
Mən REM-in həkimi və “Azərbaycan Diabet Liqası”nın (ADL) rəhbəri kimi onu qeyd etməliyəm ki, qlobal koronavirus (COVİD-19) infeksiyasına qarşı dövlət tərəfindən kifayət qədər vaxtında və düzgün atılan profilaktik tədbirlərin nəticəsi olaraq, respublikamızda bu xəstəliyin gözlənilən yüksək səviyyədə yayılmasının qarşısı alınıb. Burada xüsusi fədəkarlığa görə tibb işçilərimizə, polislərimizə və bir an belə öz vəzifələrindən yayınmayan vətəndaşlarımıza dərin minnətdarlığımızı bildiririk. Çox sevindirici hal ondan ibarətdir ki, bu ağır təhlükənin qarşısında vətəndaş cəmiyyəti də dövlət başçımızın çağırışlarına dəstək olaraq öz sözünü deməkdədir. ADL öz növbəsində diabeti olan vətəndaşlarımıza dəstək olaraq Beynəlxalq Diabet Federasiyasının COVİD-19 virusu ilə bağlı tövsiyyələrini vətəndaşlarımıza çatdırır, diabetli insanlara onlayn tibbi yardım göstərir. Bilirsiz ki, diabetli insanlarda bu virusun ölüm riski daha yüksəkdir. Ona görə hamı kimi onlar da “Evdə qal” kampaniyasına daha həssas yanaşmalıdırlar. Dövlət başçısı cənab İlham Əliyevin, birinci xanım, ölkənin Birinci vitse- prezidenti Mehriban xanım Əliyevanın xalqa müraciətlərinə dəqiq əməl edilməsi xalqımızın xilasıdır. Evdə qalmaqla biz ilk növbədə doğma ailə üzvlərimizi, sevdiklərimizi, əzizlərimizi, xüsusilə yaşlı valideynlərimizi qoruyuruq. Əgər çox vacib halda və ya vəzifə borcumuzu yerinə yetirmək üçün evdən kənara çıxırıqsa, bu zaman ən azından aşağıdakı qaydalara əməl etməliyik:
1. Evdən bayıra çıxmayın. Ən vacib məsələlərə görə bir nəfər böyüyə maska, eynək, əlcək taxıb yola salın;
2. Evin ağzına xlorlu dəsmal qoyun və evi nəm dəsmal ilə dezinfeksiyaedici məhlulla mütəmadi dezinfeksiya edin;
3. Evdə dəsmalları tez tez dəyişin və salfetkalardan daha çox istifadə edin;
4. Evin havasını tez tez dəyişin, həyət evində olanlar öz həyətində hava ala bilərlər;
5. Evdə tez tez əl dəyən nöqtələri( qapı tutacaqları, işıq yandıranlar, razetkalar, unitazda su buraxan və s.) daha tez-tez təmizlənməlidir;
6. Əllərinizi xüsusi qayda ilə tez-tez yuyun;
7. Tez-tez isti, limonlu su için. Mən məsləhət görürəm ki, arada ot dəmləmələri, zəngəfil+limon+zəfəran qəbul edin;
8. İmmunsistemini möhkəmlədən, lakin şəkəri qaldırmayan qidalardan istifadə edin. Məsələn xaş (çörəklə yeməsəniz şəkəri qaldırmır), tərəvəzli yeməklər, salatlar;
9. Heç kəsi evə dəvət etməyin, heç kimin evinə getməyin. Ən vacib halda yuxarda söylədiyim ekipirovka ilə kontakta girə bilərsiz. Evə qayıdan kimi üstünüzdəkiləri balkona, açıq yerə qoyun, əllərinizi yaxşıca yuyun, tənəffüs yollarını duzlu spreylə və ya evdə hazırlanmış məhlulla( H2O2-perekis 10 damcı 1 stəkan qaynamış suya) yuyun.
Sonda bir məqamı da xüsusi vurğulamaq istərdim ki, aprel ayının 6-da Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin yaradılmasının koronavirusla mübarizə tədbirlərinin daha effektiv şəkildə həyata keçirilməsi baxımından çox böyük əhəmiyyəti var. Əminəm ki, bütün bu tədbirlər sayəsində biz tezliklə pandemiyaya qalib gələcəyik.
Allah hər kəsi qorusun! Abbas Həsənov Gununxeberi.az
Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin
"Hazırda Lerikdə heç bir vətəndaşda koronavirus aşkarlanmayıb. Götürülmüş analizlərin nəticələri neqativ çıxıb".
Bu fikirləri Modern.az-a Lerik Rayon Mərkəzi Xəstəxanasının baş həkimi, tibb elmləri üzrə fəlsəfə doktoru Mübariz Ağayev bildirib.
Baş həkimin sözlərinə görə, xəstəxananın bütün tibb işçiləri koronavirus testindən keçib:
""Relax" turizm istirahət mərkəzində xaricdən gələn vətəndaşlarımiz karantindədir. 77 həkim heyəti onlara nəzarət edir. Karantində olan vətəndaşlarımızda da analizlərin cavabı neqativ çıxıb. Eyni zamanda həkimlərimiz də koronavirus testindən keçib və nəticələr neqativdir".
Qeyd edək ki, koronavirusla mübarizəyə dəstək məqsədilə "Relax" turizm istirahət mərkəzinin rəhbərliyi Nazirlər Kabineti yaynında yaradılan Operativ Qərargaha müraciət edərək xaricdən təxliyə olunan vətəndaşlarımızı rəhbəri olduğu istirahət mərkəzində karantinə yerləşdirilməsini təklif edib. Təklifi yüksək qiymətləndirən Operativ Qərargah bu cür addıma görə "Relax"ın rəhbərliyinə xüsusi təşəkkürünü bildirib. Müraciətdən sonra xaricdən (Türkiyə, Rusiya və Polşadan) gətirilən 300-dən çox həmvətənlərimiz "Relax" turizm istirahət mərkəzinə yerləşdirilib. "Relax" istirahət mərkəzinə yerləşdirilən hər bir vətəndaş koronavirus testindən keçərək tətbiq olunan karantin müddətində lazım olan bütün qayğılar göstərilib. Bura göndərilən həkim briqadasına Lerik Rayon Mərkəzi Xəstəxananın baş həkimi, tibb elmləri üzrə fəlsəfə doktoru Mübariz Ağayev rəhbərlik edir.
Xatırladaq ki, "Relax"da olan 197 nəfər vətəndaşımız 5 aprel tarixində karantin müddətini başa vuraraq evlərinə dönüblər. Xoş təsüratla "Relax" istirahət mərkəzindən ayrılan həmvətənlərimiz göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və "Relax"ın rəhbərliyinə xüsusi təşəkkürlərini bildiriblər.