![]() |
![]() |
Suriya vəziyyəti sabitləşdirmək üçün İsraillə vasitəçilər üzərindən dialoq aparır.
Axar.az xəbər verir ki, bunu Suriya Prezidenti Əhməd əş-Şara Parisdə Fransa lideri Emmanuel Makronla danışıqların yekunlarına dair birgə mətbuat konfransında deyib.
"Vəziyyəti sabitləşdirmək və onun nəzarətdən çıxmasının qarşısını almaq üçün İsraillə dolayı danışıqlar aparılır", - əş-Şara bildirib.