ABŞ sanksiyaları İranda 7 uşağı öldürdü… – 300-nün həyatı risk altında



ABŞ sanksiyaları İranda 7 uşağı öldürdü…

İsveç şirkəti sanksiyalara görə tibbi ləvazimatların ixracını dayandırdığından 300-dək azyaşlı da ölə bilər…

ABŞ-ın tətbiq etdiyi birtərəfli sanksiyalar səbəbindən İranda epidermoliz xəstəliyindən əziyyət çəkən 7 uşaq vəfat edib.

Bu haqda yerli “Mehr” agentliyinə istinadla məlumat yayıb. Sanksiyalar səbəbindən tibbi ləvazimatların ölkəyə çatdırılmasında çatışmazlıq yaranıb. Buna görə də bullyoz epidermoliz xəstəliyindən əziyyət çəkən 7 azyaşlı həlak olub, 300-ə yaxın uşaq isə ölüm təhlükəsi altındadır.

Əvvəllər İran hökuməti bəhs edilən xəstəlik zamanı yaranan yaraların müalicəsində istifadə olan xususi örtükləri İsveçdən idxal edir və xəstə uşaqların ailələrinə pulsuz olaraq çatdırırdı. Lakin ABŞ ikinci dəfə sanksiyaları tətbiq etdikdən sonra İsveç şirkəti epidermoliz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün xüsusi materialların ixracını dayandırıb. Odur ki, həmin xəstəlikdən əziyyət çəkən uşaqların vəziyyəti gündən-günə pisləşməkdədir.

Xatırladaq ki, ABŞ rəhbərliyi 2018-ci ilin mayında birtərəfli qaydada 2015-ci ildə İranla BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya arasında imzalanmış nüvə razılaşmasından geri çəkilib və İrana qarşı sanksiyaları bərpa edib. Vaşinqton administrasiyası sanksiyaların əczaçılıq və qida sənayesi məhsullarına tətbiq edilmədiyini iddia edir. Amma İran bank sektorundakı sanksiyalar və dollara məhdudiyyətlər səbəbindən tibb materiallarının tədarükü ilə bağlı problemlər yaşamaqda davam edir.

Moderator.az
04 İyun 2025 Azərbaycanla əlaqələr dərin kökə malikdir - Netanyahu
03 İyun 2025 Rusiyanın atəşkəs memorandumu: Görün, nələr tələb edir!
03 İyun 2025 Qrossi bu tarixdə Rusiyaya gələcək
03 İyun 2025 Zelenskidən Rusiyanın memorandum təklifinə cavab
02 İyun 2025 Rusiya prezidentlərin görüşünə razı olmadı - Umerov
02 İyun 2025 Trampdan xəbərdarlıq: Bu, iqtisadi çöküş olacaq!
02 İyun 2025 ABŞ Rusiyaya başsağlığı verdi
02 İyun 2025 Zelenski ukraynalıları hücum təhlükəsi barədə xəbərdar etdi
30 May 2025 İsti hava faciəyə səbəb oldu
30 May 2025 Makron Çini təhdid etdi: NATO müdaxiləsini istəmirsənsə...
30 May 2025 ABŞ Tayvana silah tədarükünü artırır
30 May 2025 Əxlaqsız keşişlərin maskası cırılacaq - Ovannisyan
29 May 2025 Avropa xəyalımız məhv oldu, kabusa çevrildi - Orban
28 May 2025 Makron, Merz və Tuskun ədəbi belə yoxdur - Kobaxidze
28 May 2025 Tramp Putinə qısaca xəbərdarlıq etdi - Kelloq
27 May 2025 Macarıstan və Slovakiya bundan qaça bilməyəcək - Merz
27 May 2025 Ukrayna Azərbaycan üçün buna hazırdır - Sibiqa
27 May 2025 Putin və Zelenskinin görüşü ilə bağlı razılaşmışıq
26 May 2025 Trampın susması Putini ruhlandırdı - Qardian
23 May 2025 Vəziyyət olduqca mürəkkəbdir - Bolton
22 May 2025 Danışıqların ikinci raundu bu sazişdən sonra olacaq - Yermak
22 May 2025 Ermənistan hərbi xidməti pullu etdi, yaş həddini qaldırdı
22 May 2025 Bu ərazidə ruslar 63 mindən çox itki verib - Zelenski
20 May 2025 Rusiya bunu istəyir, mən razıyam - Tramp
20 May 2025 Vensdən Avropaya: Tanqo üçün iki nəfər lazımdır!
19 May 2025 Moskva və Kiyev razılığa gələ bilməsə... - Vens
19 May 2025 İsrail bütün Qəzzaya nəzarət edəcək – Netanyahu
19 May 2025 Tramp qadağa qoymuşdu, bu ölkə tankları Ukraynaya göndərir
19 May 2025 Baydendə xərçəng xəstəliyi aşkarlandı
14 May 2025 Rusiyanı bölməklə bağlı planlar qurulur - Narışkin