Son xəbərlər

Xalaqızı, əmioğlu kimi qohum evliliklərinin qanunla qadağan edilməsi gözlənilir. Düşüncə dəyişməsə, qanunvericilikdə bunu qadağan etməklə effektiv nəticənin əldə olunması mümkün deyil.

Axar.az xəbər verir ki, bu sözləri hüquqşünas Şamil Paşayev Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə Məcəlləsinə dəyişikliklərə münasibət bildirərkən deyib.

O bildirib ki, təklif edilən dəyişikliyə əsasən, nənə-babası eyni olanların - əmi, bibi, dayı, xala uşaqlarının nikahı qeydə alınmayacaq:

“Nikahı qadağan etmək şəxslər arasında vətəndaş nikahını qadağan etmir. Şəxslər birlikdə yaşaya bilər. Sadəcə, dövlət qeydiyyatına alınmayacaqlar. Onların uşaq dünyaya gətirməsi, valideynlik hüququnun verilməsi qanunla qadağan edilmir. Bu, sadəcə, nikahsız ailələrin sayının artmasına səbəb olacaq”.

Onun sözlərinə görə, bu təklif qohum evlilikləri istəyən insanları əlavə variantlar tapmağa istiqamətləndirəcək:

“Qohum evliliyinin tibbi fəsadları haqqında bilgiləndirmə işləri aparılmasa, bu işi qadağa ilə aradan qaldırmaq mümkün olmayacaq. Azərbaycanda insanların yalnız öz qohumları və ya öz həmkəndliləri (yenə də uzaq qohumları) ilə evləndiyi ailələr, məkanlar var. Qadağanın tətbiqi onları dayandıra bilməyəcək. Şəxslər gələcəkdə qohumları ilə evlənə bilmək üçün müxtəlif yollar axtaracaqlar. Bura uşaqların övladlığa verilməsindən tutmuş sənəd üzərində qohumluqdan imtina etməyə kimi, müxtəlif variantlar daxildir. Belə olduqda onların rəsmi qohumluğu qalmayacaq və nikaha daxil ola biləcəklər. Onlar bu nikahdan dünyaya gələcək uşaqların xəstə doğulması təhlükəsini dərk etməlidir”.

Azərbaycanda 16 yaşına çatmayan övladının evliliyini təşkil edən valideynlər iki ilədək həbs olunacaq.

Axar.az Report-a istinadla xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə yeni 176-2-ci maddə (On altı yaşına çatmayan şəxsin erkən evliliyinin təşkili) əlavə edilir.

Yeni maddəyə əsasən, on altı yaşına çatmayan şəxsin erkən evliliyinin həmin şəxsin və ya erkən evliliyə daxil olan digər şəxsin valideynləri və ya onları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya erkən evliliyə daxil olan yetkinlik yaşına çatmış şəxs tərəfindən təşkil edilməsinə görə 2 000 manatdan 3 000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Bu maddədə nəzərdə tutulmuş cinayətə görə məsuliyyət erkən evliliyə daxil olan yetkinlik yaşına çatmış şəxsə münasibətdə həmin şəxslə zərərçəkmiş şəxsin yaş fərqi beş ildən çox olduqda yaranır.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, son günlər müşahidə edilən isti hava çimərliklərə üz tutanların sayının artmasına səbəb olub.

Havalar isinsə də, suyun hələ də soyuq olduğunu deyənlər də var.

Ötən günlərdə keçirilən monitorinqlər nəticəsində bəzi çimərliklərdə bakterioloji çirklənmə olduğu aşkarlanıb. Amma hələ də istifadənin müvəqqəti olaraq tövsiyə olunmadığı bu ərazilərə yollananlar var.

Qeyd edək ki, Bakı şəhərinin Buzovna, Zuğulba, Mərdəkan, Şüvəlan, Novxanı, Görədil, Nardaran, Bilgəh və Pirşağı çimərliklərində dəniz suyunun fiziki-kimyəvi, bakterioloji göstəriciləri norma səviyyəsindədir.

Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil, Suraxanı rayonunun Hövsan, Xəzər rayonunun Türkan, Sumqayıt şəhəri, şimal bölgəsinin Yalama, Nabran, İstisu, Seyidli kəndi, cənub bölgəsinin Lənkəran və Astara çimərliklərindən istifadənin isə müvəqqəti olaraq tövsiyə edilmədiyi barədə qərar qəbul olunub.

Ətraflı süjetdə:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun