![]() |
![]() |
Xəbər verdiyimiz kimi, Ermənistanın hələ də işğalı altında olan Yuxarı Əskiparaya girmək istəyən “Döyüş qardaşlığı” icmasının üzvləri Avetis Avetisyan və Henrik Mkrtçyan saxlanılıb, sonra isə bir daha bu kəndə girməmək şərti ilə azad ediliblər.
Antalya Diplomatiya Forumunda xarici işlər naziri Ararat Mirzoyan və Türkiyə ilə əlaqələr üzrə xüsusi nümayəndə Ruben Rubinyanla təmsil olunan Ermənistanın məqsədi Ankara ilə üçüncü tərəfin, yəni Bakının maraqları nəzərə alınmadan münasibətlərin qurulmasıdır. Forum çərçivəsində Mirzoyan və Rubinyan bütün çıxışlarında bu məqamı xüsusilə vurğulayırdı.