Gürcüstanın Baş naziri İrakli Kobaxidze 5 nəfərin həyatına son qoyan terror aktı ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və türk xalqına başsağlığı verib.
Ukrayna Prezidenti Vladimir Zelenski Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun ratifikasiyası ilə əlaqədar Ukraynanın Cinayət və Cinayət-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanunu imzalayıb.
Ermənistan 2020-ci ildə Moskva, Bakı və İrəvan tərəfindən imzalanan və Qarabağda atəşkəs əldə olunmasına şərait yaradan üçtərəfli bəyannamədən rəsmən öz imzasını geri götürməyib.