Son xəbərlər

Ağcabədi Suvarma Sistemləri İdarəsinin rəisi Malik Mirzəyev – 10 may – ümummilli lider, mərhum prezident, dövlət xadimi, böyük siyasətçi Heydər Əliyevin doğum gündür. Bu il 96-cı ildönümünü olan bu tarixin qeyd olunması bir ənənə halını almışdır.

Heydər Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil almışdır. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməmişdir. 1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləmiş və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarına işə göndərilmişdir. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, birinci müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləmiş, general-mayor rütbəsinə qədər yüksəlmişdir. Həmin illərdə o, Leninqradda (indiki Sankt-Peterburq) xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildi. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur. Heydər Əliyev iyirmi il ərzində SSRİ Ali Sovetinin deputatı, beş il isə SSRİ Ali Soveti sədrinin müavini olmuşdur.

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa vermişdir. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. O, 1991 – 1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir. 1993-cü ilin may-iyununda ölkədə siyası böhranının son dərəcə kəskinləşməsi ilə əlaqədar o zamankı rəhbərlik Heydər Əliyevi Bakıya dəvət etmişdir. Heydər Əliyev 1993-cü il 15 iyunda Azərbaycan Ali Sovetinin sədri seçilmiş, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra etməyə başlamışdır.

1993-cü il oktyabrın 3-də ümumxalq referendumu nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. O, 1998-ci il oktyabrın 11-də keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. 2003-cü il 15 oktyabrda keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina etmişdir. 2003-cü il dekabrın 12-də Azərbaycanın ümummilli lideri Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat etmişdir.

Heydər Əliyev bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş, öz fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir. Azərbaycan xalqı heç vaxt ondan dəstəyini əsirgəməmişdir. Azərbaycan xalqının ümummilli lideri, müdrik rəhbər və dahi şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.

**********


İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Malik Mirzəyevi tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Ağcabədi Suvarma Sistemləri İdarəsinin rəisi Malik Mirzəyevdir.

Ağcabədi Suvarma Sistemləri İdarəsinin rəisi Malik Mirzəyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Malik Mirzəyev bu işin müqəddəsliyini qoruyub saxlayır. Malik Mirzəyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Millidestek.az olaraq sorğu apardıq ağız dolusu Malik Mirzəyevdən danışdılar yaxşı ki, Malik Mirzəyev Ağcabədi Suvarma Sistemləri İdarəsinin rəisi təyin olunub… Malik Mirzəyev öz isguzarlığı ilə tanınır və seçilir….

Malik Mirzəyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Malik Mirzəyev heç vaxt əqidəsindən döndərə bilməz.

Malik Mirzəyev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Malik Mirzəyev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Malik Mirzəyev ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Malik Mirzəyevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Malik Mirzəyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Malik Mirzəyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Ağcabədi Suvarma Sistemləri İdarəsinin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Malik Mirzəyev özünü doğruldub. Bizdə hörmətli Malik Mirzəyevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.


Ölkədə baş verənləri davamlı olaraq doğru-dürüst araşdırıb ictimaiyyəti dolğun məlumatlandıran KİV-lərin sayı günbəgün azalmaqdadır. Əslində özünü qərəzsiz hesab edən kiv istənilən situasiyada onu izləyənləri heyrətləndirməyi bacarmalıdır. Müasir jurnalistika texniki imkanlardan yararlanmaqla ən gizli saxlanılmış mövzuları cəmiyyətin üzünə açmaq iqtidarında olmalıdır. İctimaiyyətə təqdim olunan istənilən mövzu səmimi və qərəzsiz olmalıdır. Ancaq çox təəssüf ki, günümüzdə özünə əziyyət vermədən, heç bir araşdırma filan aparmadan, qeyri ciddi yazılar dərc edib, özünü cəmiyyətə operativ və qərəzsiz medya nümayəndəsi kimi sırımaq istəyənlər var.

Son günlər bir sıra arqument çatışmamazlığından əziyyət çəkən sayt və portallar, yenidən Gəncə Dövlət Regional Kollecinin direktoru Fəxrəddin Zeynalov üzərinə hücuma keçmək niyyətlərini açıqca biruzə verməkdədirlər. Guya "Gəncə Regional Kollecində “oğru qanunları” hökm edir, Gəncə Təhsilində tüğyan edən rüşvət burulğanı - Fəxrəddin Zeynalova Elmar Vəliyev himayədarlıq edir".

Bütün bu gülünc hücumlarda, qərəzli yazılarda “kənar əl”, “şeytan barmağı”, “xüsusi maraq” dərhal hiss olunur. Diqqət yetirdikdə yazılanların lətifə, qurama, şişirdilmiş olduğu tamamilə aydın olur. Burada akademik olmağa ehtiyac yoxdur. Hər şey gün kimi aydındır. Yaxşı əgər obyektivlikdən söhbət gedirsə onda nədən əyriyə düz, düzə əyri deyilir? Əgər dəqiq qərəzsiz jurnalistikadan söhbət gedirsə,onda harda qaldı bu qərəzsizlik? Bu yazılanların qərəzlə ortaya çıxdığını kimsə də bilməsə şəxsən Millidestek.az olaraq biz bilirik. Onu da bildirək ki, uzun müddətdir xarab olmuş qramafon kimi eyni mövzunu təkrarlayan media orqanları isə hələ də bu şəxsin adından istifadə edirlər. Halbu ki, həmin çeynənmiş yazılarda göstərilən məlumatlar, Gəncə Dövlət Regional Kollecinin direktoru Fəxrəddin Zeynalov haqqında iftira və böhtanlarla bağlı məsələ məhkəmə predmeti də olmuş və nəticədə deyilənlərin təsdiqini tapmaması bəlli olmuşdur.

İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Fəxrəddin Zeynalovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Gəncə Dövlət Regional Kollecinin direktoru Fəxrəddin Zeynalovdur.

Gəncə Dövlət Regional Kollecinin direktoru Fəxrəddin Zeynalov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Fəxrəddin Zeynalov bu işin müqəddəsliyini qoruyub saxlayır. Fəxrəddin Zeynalov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Millidestek.az olaraq sorğu apardıq ağız dolusu Fəxrəddin Zeynalovdan danışdılar yaxşı ki, Fəxrəddin Zeynalov Gəncə Dövlət Regional Kollecinin direktoru təyin olunub… Fəxrəddin Zeynalov öz isguzarlığı ilə tanınır və seçilir….

Fəxrəddin Zeynalov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Fəxrəddin Zeynalov heç vaxt əqidəsindən döndərə bilməz.

Fəxrəddin Zeynalov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Fəxrəddin Zeynalov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Fəxrəddin Zeynalov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Fəxrəddin Zeynalovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Fəxrəddin Zeynalov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Fəxrəddin Zeynalov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Gəncə Dövlət Regional Kollecinin direktoru kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Fəxrəddin Zeynalov özünü doğruldub. Bizdə hörmətli Fəxrəddin Zeynalovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.


  Respublikamızda fəaliyyət göstərən təhsil ocaqlarından biri də Sumqayıt Dövlət   Universitetidir. Universitet işini günün tələbləri səviyyəsində qurmaqla ölkəmizə yüksək ixtisaslı kadrlar yetişdirmək missiyasını ləyaqətlə yerinə yetirməkdədir. Görülən mütərəqqi işlərdən biri də universitetdə "Açıq qapı" gününün təşkil edilməsidir. Obyektivliyin , şəffaflığın təminatı olan bu tədbir artıq ənənəvi hal almışdır ,  illərdir ki davam edir. 

   May ayının 2 -də Sumqayıt Dövlət Universitetində Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri, qeyri-hökumət təşkilatları və təhsil alan tələbələrin valideynlərinin iştirakı ilə növbəti ənənəvi “Açıq qapı” günü təşkil edildi. “Açıq qapı” günün keçirilməsi barədə sdu.edu.az portalında öncədən məlumat yerləşdirilmişdir.

 Qonaqları universitetin humanitar məsələlər üzrə prorektoru dosent Ramiz Hüseynov səmimi qarşıladı, universitetdə aparılan işlər barədə məlumat verdi. Qeyd etdi ki, universitetimizin hazırkı inkişafı əvvəlki illərdən xeyli fərqlənir. Onun maddi-texniki bazasının möhkəmləndirilməsi, kadr potensialının gücləndirilməsi, təhsilin və nizam-intizam keyfiyyətinin yüksəldilməsi istiqamətində təqdirəlayiq işlər həyata keçirilib. Ölkəmizdə həyata keçirilən təhsil siyasətinin, bu sahəyə göstərilən diqqət və qayğının nəticəsi olaraq, Sumqayıt Dövlət Universitetinin tədris imkanları ildən-ilə genişlənir.Universitetdə bu istiqamətdə lazımi şərait yaradılmış, bütün auditoriya, laboratoriyalar, kabinet və mərkəzlər bu məqsədlə ən müasir avadanlıqlar və İKT ilə təchiz olunmuşdur. Ümumiyyətlə, universitetdə tələbələrin maraq, istək və qabiliyyətlərinə uyğun hər cür imkanlar yaradılıb. Təbii  ki, bütün bunlar gələcəyimiz olan gənc nəslin sabahı üçündür.  

Prorektor onu da qeyd etdi ki, yaz imtahan sessiyasının başlanmasına saylı günlər qalıb. Bu istiqamətdə də imtahan prosesinin təşkili və gedişatı, obyektivliyin, şəffaflığın təmin olunması ilə bağlı məqsədyönlü tədbirlər aparılır. Universitetdə imtahanların şəffaflığını qorumaq, tələbələrin biliklərini sərbəst şəkildə nümayiş etdirmək məqsədilə hər cür şərait yaradıldığını qeyd edən prorektor onu da diqqətə çatdırdı ki, tələbələrin bilik səviyyəsinin yüksəldilməsi, ixtisaslara dərindən yiyələnməsi universitetin rektoru professor Elxan Hüseynovun diqqət mərkəzindədir.

Sonra universitetin rəhbərliyi və KİV nümayəndələri  ilə birgə valideynlər övladlarının təhsil aldıqları auditoriyalarda dərsin gedişini izlədilər.

KİV nümayəndələri  və valideynlər universitetdə yaradılan şərait, laboratoriya və ağıllı lövhələrlə təchiz olunmuş auditoriyalarla tanış oldular, Mühəndislik fakültəsinin dekanlığında quraşdırılmış kameralarla təchiz olunmuş nəzarət sistemi vasitəsi ilə auditoriyalarda keçirilən dərsləri müşahidə etdilər. Tarix və coğrafiya, İqtisadiyyat və idarəetmə, Riyaziyyat fakültələrində dərslərdə iştirakları təmin olundu, mühazirə dinlədilər. Kimya və biologiya, Fizika və elektroenergetika, Mühəndislik fakültələrində laboratoriyalarında əyani olaraq aparılan təcrübələri izlədilər.Onları maraqlandıran suallar cavablandırıldı, təklif və istəkləri dinlənildi. Valideynlərdən universitetdə magistraturaya hazırlaşan tələbələr üçün hazırlıq kursu ilə bağlı sual ünvanlandı. Qeyd olundu ki, universitet rəhbərliyi tərəfindən bu istiqamətdə də tədbir görülüb. Belə ki, universitetimizdə müəllimlərimiz tərəfindən ödənişsiz kurslar, həmçinin dil biliklərinin artırılması istiqamətində Linqvistik Mərkəz fəaliyyət göstərir.

Sonra qonaqlar tələbələrin asudə vaxtının səmərəli təşkili üçün universitetin həyətində yaradılan şahmat lövhəsi, süni örtüklü futbol meydanı, voleybol və basketbol meydançaları, stolüstü oyunlar üçün qurulmuş köşklərlə tanış oldular. Bildirildi ki, tələbələr  idman klubunda futbol, stolüstü  tennis, badminton, atıcılıq, voleybol, şahmat, daima üzrə mütəmadi olaraq məşğul olurlar.Universitetdə idmana olan diqqət və qayğı idman sahəsində ilbəil artmaqda olan uğurlarda özünü büruzə verir. Universitetin idmançı tələbələrinin respublika, Avropa, Asiya və dünya səviyyəli idman yarışlarında artıq ənənə halını almış uğurları insanda qürur hissi doğurmaya bilməz.

KİV, QHT nümayəndələri  və valideynlər keçirilən “Açıq qapı” günü ilə bağlı müsbət fikirlər səsləndirdilər, tələbələr üçün yaradılan şəraiti yüksək qiymətləndirdilər.

Valideynlər də öz növbələrində yaradılmış şəraitə görə universitetin rəhbərliyinə dərin təşəkkürlərini ifadə etdilər.
  Qeyd etmək yerinə düşərdi ki , həqiqətən belə tədbirlər  - universitet qapılarının ictimaiyyətə açıq olması  təhsildə yüksək inkişafa təkan verir. Belə tədirləri bütün təhsil ocaqları təşkil etməli , SDU- nun təcrübəsindən bəhrələnməlidirlər.
  

   P.S  Bəzi mətbu orqanlarda SDU haqqında yalan- yalnış məlumatlar gedir. Mən bütün həmkarlarımı  "Açıq qapı " günlərində bu təhsil ocağına dəvət edirəm . Gəlin, hər bir şeyi öz gözlərinizlə görün və yalanlardan çəkinin , ədalətsizliyə yol verməyin. 
   
    Müşfiq Kişiyev.


Azərbaycan iqtisadiyyatının güclənməsi, eyni zamanda ölkə başçısının respublikanın hər bir ərazisinin abadlaşmasına yaxından göstərdiyi diqqət və qayğının nəticəsidir ki, Salyan rayonu da ilbəil gözəlləşir, sürətlə inkişaf edir. Rayon ərazisindəki küçə və xiyabanların yenidən qurulması, yeni istirahət parklarının salınması, müasir tələblərə cavab verən inzibati binalar, təhsil, səhiyyə müəssisələrinin inşa edilməsi bunun bariz sübutudur. Qeyd edək ki, mədəniyyət obyektlərinin yeniləşdirilməsi də xüsusi diqqətdə saxlanılır, gənc nəslin sağlam böyüməsini təmin etmək və bu sahəyə marağı artırmaq məqsədi ilə rayon ərazisində hər cür şəraiti olan idman mərkəzi də yaradılıb. 

Görünən odur ki, rayon rəhbərliyi qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün işgüzar mühitin formalaşmasına nail olub. Belə ki, Sevindik Hətəmov Salyan Rayon İcra Hakimiyyətinin başçısı təyin edildikdən sonra bu rayonda sözün həqiqi mənasında bir sıçrayış, tərəqqi hiss olunmağa başladı. Elə ilk gündən rayonda böyük abadlıq, quruculuq işlərinə start verildi. Yollar genişləndirildi, gözəl binaların tikintisinə başlanıldı. Bu hələ görülən işlərin ilk mərhələsi idi. Regionun digər rayonları kimi, Salyanda da yeni iş yerləri açılır, əhalinin məşğulluq səviyyəsi, sosial rifahı artır. Salyan rayonuna kimin yolu düşürsə, sözün əsl mənasında, burada gördüklərinə heyran olur. Çünki rayon mərkəzi gündən-günə dəyişilir. Burada yeni istirahət mərkəzləri yaradılır, müasir memarlıq üslubunda tikilmiş binalar göz oxşayır. İnfrastuktur yenilənir, əhalinin məişət şəraiti yaxşılaşır, mavi yanacaq, içməli su, elektrik enerjisi sarıdan əvvəllər mövcud olan problemlər sürətlə aradan qaldırılır. Beləliklə, ölkəmizin iqtisadi qüdrətinin artması, Azərbaycanın hər bir yerində müşahidə olunan davamlı inkişaf Salyan rayonunda da aydın hiss olunur. Rayonda əhəmiyyətli infrastruktur və sosial layihələr həyata keçirilib, geniş abadlıq-quruculuq işləri davam etdirilib, bütün istiqamətlərdə uğurlar əldə olunub, insanların rifahı daha da yaxşılaşıb. 

Rayon sakinləri də bildirirlər ki, Salyanın Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevrilməsində icra başçısı Sevindik Hətəmovun əməyi böyükdür. O, rayonda aparılan abadlıq-quruculuq işlərini özünün xüsusi diqqət mərkəzində saxlayır. Məhz buna görə də ölkə başçısının tapşırığı ilə Salyanda həyata keçirilən infrastruktur layihələrin yeni mərhələsi başlayıb. Bu mərhələdə çoxmərtəbəli yaşayış evləri, park və xiyabanlar yenidən qurulur, yollar təmir edilib asfaltlanır. Rayonun əlverişli coğrafi mövqeyi, zəngin təbiəti və burada olan çoxlu sayda tarixi mədəniyyət abidələri Salyanda turizmin inkişafı üçün potensial imkanlar yaradır. Salyan rayonunun ərazisində gələcəkdə ekoturizm də inkişaf etdiriləcək. Belə ki, rayonda ekoturizmin inkişaf etdirilməsi üçün Şirvan Milli Parkı, Şır-şır bulağı, İstisu, palçıq vulkanları, Qızılqaz gölü kimi turizim obyektləri var. Salyan ərazisində mövcud olan palçıq vulkanları və termal su mənbələri rayonda müalicəvi turizmin inkişafı üçün də böyük imkanlar yaradır. Bu da Salyanın regionun turizm mərkəzlərindən birinə çevriləcəyini göstərir. Ümumiyyətlə, Salyandakı tarixi əhəmiyyət daşıyan abidələr də ona xüsusi, müdrik bir görkəm verir. 

Söz yox ki, əhalinin rifahının yaxşılaşdırılması, habelə onların problem və təkliflərinin öyrənilməsi məqsədi ilə vətəndaşlarla birbaşa ünsiyyət vasitəsi kimi yerlərdə qəbulların müstəsna əhəmiyyəti var. Odur ki, vətəndaşların müraciətlərində verilmiş təkliflərin heç biri Salyan Rayon İcra Hakimiyyətinin nəzərindən qaçmır, öyrənilir və araşdırılaraq baxılır. Bir sözlə, bu məsələ Salyan rayonunda daim diqqət mərkəzindədir. Buna görədir ki, vaxtilə iş dalınca Salyandan başqa yerlərə üz tutub gedənlər indi bura qayıdanda abadlığa, gözəlliyə, yeniliyə heyran olduqlarını, az qala rayonu tanımadıqlarını bildirirlər. Çünki bu gün Salyan Sevindik Hətəmovun rəhbərliyi dövründə özünün tərəqqisində böyük nailiyyətlərə imza atıb, keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Bir sözlə, Salyanda həyata keçirilən yenidənqurma, abadlıq və bərpa işləri uğurların miqyasını artırır. Bu isə rayon sakinlərinin Salyan rəhbərliyi ilə birgə əməyinin bəhrəsinin gələcəkdə də çox olacağını göstərir. Şübhəsiz, həyata keçirilən işlərə baxmayaraq, rayonda həlli vacib olan məsələlər hələ çoxdur. Lakin ümid edirik ki, rayon rəhbərliyi bütün çətinliklərin öhdəsindən layiqincə gələcək və Salyan əhalisinin sosial-rifahı daha da yaxşılaşacaq. Xülasə, ölkə başçısının tapşırıqlarına dərhal əməl edən və bu zaman nöqsana yol verməyən, üzərinə düşən işin məsuliyyətini dərk edən Sevindik Hətəmovun gərgin əməyi nəticəsində bu gün Salyan rayonu sürətli inkişaf baxımından digər rayonlardan heç də geri qalmır. Son aylar ərzində rayonda həm təhsil, həm səhiyyə, həm iqtisadiyyat, həm də digər sahələr üzrə ciddi nailiyyətlərə imzanın atılması bunun bariz sübutudur. Bütün bunlar həmçinin, onu göstərir ki, inamla gələcəyə, tərəqqiyə doğru irəliləyən Salyan rayonu regionun mərkəzinə çevrilməkdədir.

Görkəmli oftalmoloq akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı
ildönümü qeyd olunmuşdur

        Salyan rayon İcra hakimiyyətində görkəmli oftalmoloq akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümü qeyd olunmuşdur.
            Rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov tədbiri giriş sözü ilə açaraq akademik Zərifə xanım Əliyevanın öz parlaq fəaliyyəti ilə Azərbaycan tibb elminə əbədi həkk olunmuş şərəfli və mənalı bir ömür yaşadığını, onun elmin çətin yollarında inamla irəliləyərək oftalmologiyanın ən uca pillələrinə yüksəldiyini, çox məsuliyyətli, eyni zamanda ibrətamiz, nümunəvi bir həyat yolu keçdiyini vurğulamışdır.
           Dinlənilən məruzə və çıxışlarda insanlara həyat nuru bəxş etmiş şəfqətli bir həkimin, sadəliyi və təvazökarlığı ilə insanlığın əsl mücəssəməsi olan nəcib azərbaycanlı xanımın  Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərinə toxunulmuş, ülvi keyfiyyətlərə malik olan akademik Zərifə xanım Əliyevanın yaddaşlarda gözəl alim, qayğıkeş insan, ləyaqətli ziyalı, sədaqətli ömür yoldaşı, gözəl ana kimi əbədiləşdiyi vurğulanmışdır.

 



Sevindik Hətəmov qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün işgüzar mühitin formalaşmasına nail olub
Sevindik Hətəmov qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün işgüzar mühitin formalaşmasına nail olub
Sevindik Hətəmov qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün işgüzar mühitin formalaşmasına nail olub
Sevindik Hətəmov qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün işgüzar mühitin formalaşmasına nail olub
Sevindik Hətəmov qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün işgüzar mühitin formalaşmasına nail olub


Ənənəvi “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının növbəti dayanacağı Abşeron rayonu olub.

Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarələrini əhatə edən rayon və şəhərlərin iştirakı ilə “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Heydər Əliyev Mərkəzinin qarşısında baş tutub.

Mədəniyyət bayramında Mədəniyyət Nazirliyinin nümayəndələri, regional mədəniyyət idarələrinin rəisləri, mədəniyyət işçiləri, rayon rəhbərliyi və yüzlərlə şəhər sakini də iştirak ediblər. 

İki hissədən ibarət olan yaradıcılıq festivalının rəngarəng proqramından əlavə olaraq tədbirdə Sumqayıt Dövlət Rəsm Qalereyasından dekorativ-tətbiqi sənət ustası Ellada Həsənovanın “Muğam-trio” kompozisiyası və “Süjetli xalçanın’ nümayişi, dekorativ-tətbiqi sənət ustası Günel Hüseynovanın 3D formatında işlənmiş “Sumqayıt” kompozisiyası, taxta üzərində işlənmiş “İçərişəhər” kompozisiyası, keçədən əl işlərinin nümayişi tədbiri yaddaqalan edib.

Festival balaca ziyarətçilər üçün də maraqlı olub. Belə ki, “Günəşim” və “Cırtdan” Kukla Teatrlarının hazıladıqları tamaşaları, Dostluq Mədəniyyət evinin klounada nömrələri və “Qurd adam”, “Şurun-burun”, “Maşa və Medved” personajları ilə uşaqların zövqünü oxşaya bilib.
Əlavə olaraq qeyd edək ki, festivalda 2019-cu ilin dahi Azərbaycan şairi İmadəddin Nəsiminin şərəfinə və əziz xatirəsinə ehtiram əlaməti olaraq “Nəsimi İli” elan edilməsi ilə əlaqədar olaraq kitab guşəsi də qurulub.
F
estival Zəngilan nümayəndəliyinin Folklor kollektivi, Abşeron rayon Mədəniyyət Mərkəzinin Musiqili Komediya Xalq Teatrı, bir neçə musiqi məktəblərinin sazçalanlar ansamblı və rəqs kollektivinin çıxışları ilə davam edib.
“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalında sərgi hissəsində çadırlar qurularaq İsmayıllı ustalarının metalişləmənin fərqli texnika və üsullarından istifadə edərək hazırladıqları misgərlik nümunələri, məişət qabları, kəlağayılar, Sumqayıt sənətkarlarının bədii tikmənin bir çox növünə aid zərif naxışlı tikmələri, çay daşları və ağacdan hazırladıqları muncuq və digər bəzək əşyaları, Masallı regional idarəsi tərəfindən təqdim olunan həsirdən hörmə, toxuma əl işləri, ağacoyma və dulusçuluq kimi digər nümunələr maraqla qarşılanıb. 

Festivalda sənətkarlar arasında fiziki imkanları məhdud incəsənət ustalarının da yaradıcılığına yer verilib. Oymaçı rəssam Asif Qasımov hazırladığı sənətkarlıq nümunələri ilə qonaqların diqqət mərkəzində olub. 
Yaradıcılıq Festivalının ikinci hissəsində hər bir regional idarə üzrə folklor qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış ediblər. Təqdim olunan rəngarəng musiqi nömrələri, rəqslər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Azərbaycanın regionlarını əhatə etməklə şəhər və rayonların bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa imkan yaradıb. Bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə, yeni təşəbbüslərə yol açıb.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin iş planına əsasən respublikamızda ikinci dəfədir ki, “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı baş tutur. Festivalın may ayının sonunda yekunlaşdırılması planlaşdırılır.


“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının növbəti ev sahibi Xaçmaz rayonu olub.
Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarələrini əhatə edən rayon və şəhərlərin iştirakı ilə ənənəvi “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Heydər Əliyev Parkında baş tutub.

Mədəniyyət bayramında Mədəniyyət Nazirliyinin nümayəndələri, regional mədəniyyət idarələrinin rəisləri, mədəniyyət işçiləri, rayon rəhbərliyi və yüzlərlə xaçmazlılar da iştirak ediblər.
İki hissədən ibarət olan yaradıcılıq festivalının rəngarəng proqramını yadda qalan edən anlardan biri Qusar Dövlət Ləzgi Dram Teatrının “Dideyar” nənələr qrupunun və Niyazabad Folklor Kollektivin təqdimatında cəhrədə yun əyirmək, xalça toxumaq, səhənglə su daşımaq kimi digər keçmiş dövrlərin məişət işlərinin canlandırılması oldu . 

Mədəniyyət bayramını Xaçmaz Xalq Teatrının Üzeyir Hacıbəyovun “Arşın mal alan” musiqili komediyasından bir epizodu səhnələşdirilməsi, Şabran Xalq Teatrının aktyorunun təqdimatında dahi Azərbaycan şairi İmaməddin Nəsiminin obrazının canlandırılması və şairin qəzəllərinin ifa edilməsi maraqlı edib. Daha sonra Xınayaxdı Xalq Folklor Kollektivinin ifasında incəsənət nümunələrinin nümayiş etdirilməsi də diqqət mərkəzində olub.
Festival Xaçmaz və Quba Mədəniyyət Mərkəzlərinin pəhləvanlarının müxtəlif maraqlı nömrələri ilə davam edib. 

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalında sərgi hissəsində çadırlar qurularaq İsmayıllı ustalarının metalişləmənin fərqli texnika və üsullarından istifadə edərək hazırladıqları misgərlik nümunələri, məişət qabları, kəlağayılar, Sumqayıt sənətkarlarının bədii tikmənin bir çox növünə aid zərif naxışlı tikmələri, çay daşları və ağacdan hazırladıqları muncuq və digər bəzək əşyaları, Masallı regional idarəsi tərəfindən təqdim olunan həsirdən hörmə, toxuma əl işləri, ağacoyma və dulusçuluq kimi digər nümunələr maraqla qarşılanıb. 

Festivalda sənətkarlar arasında fiziki imkanları məhdud incəsənət ustalarının da yaradıcılığına yer verilib. Oymaçı rəssam Asif Qasımovun hazırladığı sənətkarlıq nümunələri qonaqların diqqət mərkəzində olub. 
Daha sonra respublikamızda yeganə çay daşı üzərində oyma ustası Ədalət Pirverdiyevin və dəmir üzərində döymə ustası olan Zeydulla Ağayevin əyani şəkildə hazırladığı sənətkarlıq nümunələri ziyarətçilərin marağına səbəb olub. 

Yaradıcılıq Festivalının ikinci hissəsində hər bir regional idarə üzrə folklor qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış ediblər. Təqdim olunan rəngarəng musiqi nömrələri, rəqslər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Azərbaycanın regionlarını əhatə etməklə şəhər və rayonların bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa imkan yaradıb. 

Bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə, yeni təşəbbüslərə yol açıb.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin iş planına əsasən respublikamızda ikinci dəfədir ki, “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı baş tutur. Festival may ayında yekunlaşacaq.

Düşmən ölkədə hakimiyyət yenilənsə də, siyasət dəyişmədi; Qarabağ konflikti çözülməyincə Paşinyanı Sərkisyanın taleyi, erməni xalqını isə yeni faciələr gözləyir...

İşğalçı Ermənistanda “məxməri inqilab”dan 1 ilə yaxın vaxt ötsə də, erməni xalqı hələ də illüziyalarla yaşayır. Hələ də sadəlövhcəsinə inanır ki, inqilabçı baş nazir Nikol Paşinyan onun bütün dərdlərinə əlac edəcək, inqilab öncəsi verdiyi vədləri tutacaq.

Yəni ermənilər tezliklə onun əli ilə həm Dağlıq Qarabağın işğalının rəsmiləşəcəyini, həm də rifaha qovuşacaqlarını güman edirlər. Hərçənd fərqli düşünənlər də var. Bunu ilk növbədə işğalçı ölkədə indiki baş nazirin apardığı daxili və xarici siyasətdən artan narazılıq təsdiqləyir.    

*****

Paşinyan ile ilgili görsel sonucu

“Nikol Paşinyanın ən zəif tərəfi onun kadr siyasəti olaraq qalmaqda davam edir”. “Yeni Müsavat”ın məlumatına görə, bu fikir qərbyönlü 1 in.am saytında dünən getmiş baş məqalədə yer alıb.

“Paşinyanın təyin elədiyi kadrların əksəriyyəti nəinki zəruri keyfiyyətlər baxımından öz vəzifələrinə uyğun gəlmir, üstəlik, onlar inqilaba və Paşinyana arxadan zərbə vura bilərlər. Bu, həm inqilab, həm də baş nazir Paşinyan üçün olduqca həlledici bir məqamdır”, - deyə müəllif qeyd edir.

Yazıda indiki hakimiyyətin xarici siyasəti də sərt tənqid edilir: “Paşinyandan əvvəlki hakimiyyətlər rusiya və ya rusiyayönlü siyasət aparırdılar. Ona görə ki, onların legitimliyi yox idi və bu yolla Moskvanın xoşuna gəlib iqtidarda qalırdılar. Hazırkı hakimiyyətin isə legitimlik problemi mövcud deyil, ona yüksək ictimai etimad var. Odur ki, istər Rusiya, istərsə də digər dövlətlər və təşkilatlarla əlaqələri tam fərqli mövqedən, Ermənistanın maraqlarına xidmət eləməklə qurmaq olar. Olar. Ancaq təzə iqtidar bunu eləmir”.

karabakh osce ile ilgili görsel sonucu

Məqalədə daha sonra deyilir: “Xarici şərtlərlə yanaşı, artıq dünyada Ermənistana münasibət də dəyişib. Dünya yeni Ermənistandan tam başqa yanaşmalar və fərqli siyasət gözləyir. Ermənistan isə dünyadan (Rusiyadan başqa) dəstək tələb edən, bizə xüsusi münasibət tələb  mövqelərdən çıxış edir. Biz hələ də nə ikitərəfli əlaqələrlə, nə də bütövlükdə beynəlxalq siyasət səviyyəsində dünyaya nə verə biləcəyimizi müəyyən edə bilməmişik. Dünya Ermənistanın apardığı və qayəsində Rusiyanın dominantlığı dayanan siyasəti izləyir. Əgər biz xarici siyasətin şaxələndirilməsi yönündə real addımlar atmasaq, dünya bizə Rusiyanın satelliti kimi baxmaqda davam edəcək - buradan bizim üçün çıxan bütün neqativ nəticələrlə birgə”.

*****

Əlbəttə ki, “halva halva” deməklə ağız şirin olmur. İşğalçı Ermənistan işğal siyasətini davam etdirdikcə, dünyaya yaxşı nə verə bilər ki? Bu, yumsaq desək, olsa-olsa, özündən müştəbehliyin və özünün olmayan dəyərini qaldırmaq xislətinin təzahürü sayıla bilər.    

Ermənilər hələ də anlamaq istəmirlər ki, Ermənistanın suveren və müstəqil siyasət yürütməsi əsla ona başçılıq edə qüvvənin legitim olub-olmaması məsələsinə bağlı deyil, həmin qüvvənin siyasi təfəkkürünə, modern düşüncəsinə bağlı problemdir. Söhbət rəsmi İrəvandan Rusiya ilə ənənəvi vassal əlaqələri zəiflətmək üçün tələb olunan iradədən və bu iradəyə erməni toplumun hazır olub-olmamasından gedir.

Erməni toplumu isə əfsus ki, hələ də iqtidarlı-müxalifətli, QHT-li-medialı həm Rusiyanın əli ilə Azərbaycan torpaqlarının işğalını davam etdirmək, ondan müasir silahlar, ucuz təbii qaz almaq, sərhədlərinin ruslar tərəfindən qorunmasını istəyir, həm də Qərblə yaxınlaşmaq zərurətindən dəm vururlar. Siyasi riyakarlıq yəni.

Təbii ki, bunlar xam xəyallardır. Göründüyü kimi, “legitim və demokrat” Nikol Paşinyan da bu hədəfə nail ola bilmədi və faktiki, o da hakimiyyətdən devirdiyi Sərkisyan kursuna qayıtdı. Ona görə yox ki, istəmədi. Sadəcə, bacarmadı. Bununla da ermənilərin “demokratik yolla” Qarabağı ilhaq edib, rifaha qovuşmaq arzusu çilik-çilik oldu. Demək, inqilabla bağlı əsas ümidlər də basdırılmış hesab oluna bilər. “Məxməri inqilab” bədxah qonşularımızın axırıncı ümidi və şansı idi...

*****

Bu, Azərbaycan üçün də mühüm nəticədir. O anlamda ki, artıq erməni cəmiyyəti Dağlıq Qarabağ problem həll olunmayınca, qonşu Azərbaycan və Türkiyə ilə əlaqələr qaydaya salınmayınca, yekun olaraq, blokada rejimi aradan qaldırılmayınca hakimiyyətdə kim olur-olsun, Ermənistanın heç bir inkişaf perspektivinin olmayacağına əmin oldular. Yəni düşmən ölkədə hakimiyyətlər dəyişsə də, daxil və xarici siyasət yerində qalmağa məhkumdur - ta ki, rəsmi İrəvan, erməni toplumu işğal siyasətindən imtina edib, ona aid olmayan torpaqları öz sahibinə qaytarmayınca.

Yeri gəlmişkən, Nikol Paşinyan və komandasına bu yöndə mesajlar onun guya yaxınlaşmağa can atdığı Qərbdən - ABŞ və Avropa Birliyi rəsmilərindən dəfələrlə verilib. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun ötən ilin oktyabrında İrəvanda səsləndirdiyi məlum bəyanatı, ardınca prezident Donald Trampın Paşinyana baş nazir təyin edilməsi münasibətilə göndərdiyi məktubdakı xəbərdarlığı yada salmaq yetər. 

Qısası, işğalçı ölkəni düşdüyü 30 illik labirintdən çıxmağa qoymayan tək səbəb Qarabağ problemi, işğal siyasətidir. Bu ixtilaf çözülməyincə Nikol Paşinyanı Serj Sərkisyanın aqibəti, erməni xalqını isə yeni fəlakətlər gözləyir. Necə deyərlər, erməni xalqı üçün xilas yollarının hamısı Azərbaycana aparır... 

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Ağcabədidə

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının növbəti dayanacağı Ağcabədi rayonu oldu.

Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarələrini əhatə edən rayon və şəhərlərin iştirakı ilə “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Heydər Əliyev Meydanında baş tutub.

Festivalda Mədəniyyət Nazirliyinin nümayəndələri, regional mədəniyyət idarələrinin rəisləri, mədəniyyət işçiləri və yüzlərlə ağcabədililər də iştirak ediblər.

Eyni zamanda tədbirə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədovla yanaşı Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli da qoşulub.

Festivalda sənətkarlar arasında fiziki imkanları məhdud incəsənət ustalarının da yaradıcılığına yer verilib. Fiziki imkanları məhdud incəsənət ustalarından biri oymaçı rəssam Asif Qasımov hazırladığı sənətkarlıq nümunələri ilə qonaqların diqqət mərkəzində olub.

Festival çərçivəsində Ağcabədi Regional Mədəniyyət İdarəsinin Ağcabədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi respublikamızda “Nəsimi İli” elan edilməsi ilə əlaqədar olaraq “Oxu” şüarı adı altında kitab guşəsi də təşkil edib. Bundan başqa, ədibin qəzəllərini Nəsimi obrazında olan məktəblilər qonaqlar üçün səsləndiriblər.

Festivalın zəngin proqramını yadda qalan edən anlardan biri isə “Qarabağ”, “Pesvebi” və “Göyçay” rəqs kollektivlərinin ifasında biri-birindən maraqlı rəqslərin nümayiş olunması olub. Konsert proqramında folklor kollektivlərinin rəqsləri ilə yanaşı “Qarabağ” şikəstəsi, “Yaşa mənim xalqım”, “Qonaq gəl bizə” kimi digər mahnılar da səsləndirilib.

Festivalın sərgi hissəsində oymaçı rəssam Rauf Seyidzadənin oyma sənəti ilə bağlı olan əl işləri ziyarətçilərin marağına səbəb olub. Daha sonra digər sənətkar Sərvər Abdullayevin Azərbaycanın müasir memarlıq simvolu olan Heydər Əliyev Mərkəzi, tarixi məkanlardan olan Ağdam “Çay Evi” və Ağdam məscidi, Hökümət Evi kimi respublikamızın tanınmış tikililərini kibrit dənələrindən hazırlamaqla ziyarətçiləri təəcübləndirib.

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalında sərgi çadırları qurularaq İsmayıllı ustalarının metalişləmənin fərqli texnika və üsullarından istifadə edərək hazırladıqları misgərlik nümunələri, məişət qabları, kəlağayılar, Sumqayıt sənətkarlarının bədii tikmənin bir çox növünə aid zərif naxışlı tikmələri, çay daşları və ağacdan hazırladıqları muncuq və digər bəzək əşyaları, Masallı regional idarəsi tərəfindən təqdim olunan həsirdən hörmə, toxuma əl işləri, ağacoyma və dulusçuluq kimi digər nümunələr maraqla qarşılanıb.

Daha sonra dekorativ sənət nümunələrində müxtəlif məzmunlu, əsasən tarixi mövzuda və peyzaj janrlarında yerli rəssamlar tərəfindən çəkilmiş rəsm əsərləri, yerli sənətkarların əl işləri olan heykəl nümunələri, filoqrafiya əsərləri də (mismar və iplərdən istifadə olunmaqla yaradılan dekorativ incəsənət əsərləri) sərgilənib.

Daha sonra regional mədəniyyət idarələri sərgidə ziyarətçilərə dünya xalqlarına aid qədim və müasir…