Bəşər Əsəd hökumətinin devrilməsindən hiddətlənən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirləri onun süqutunda və İranın regionda nüfuzunun itirilməsində bir-birini günahlandırırlar.
İsrailin Suriyaya endirdiyi hava hücumlarında rejimin silah anbarlarını, raket başlıqlarını və döyüş təyyarələrini vurması diqqətdən kənarda qalmasa da, Təl-Əviv rəhbərliyinin bu nöqtələrin məlumatlarına necə çatdığı maraq doğurub.